Get Mystery Box with random crypto!

Arnold Schwarzenegger GMC Yukon avtomobili ilə qəza keçirib. C | Car Lifestyle Baku⚙️

Arnold Schwarzenegger GMC Yukon avtomobili ilə qəza keçirib. Cümə günü günortadan sonra Kaliforniyanın Sunset və Allenford prospektlərinin kəsişməsində baş verən zəncirvari qəzada bir neçə avtomobil iştirak edib. Porsche Cayenne və Toyota Prius kimi modellərin də olduğu qəzanın Schwarzenegger-in evindən 1,5 km aralıda olduğu bildirilib.
ABC News xəbər verir ki, avtomobilin sükanı arxasında aktyorun olub-olmaması məlum deyil. Bundan əlavə, hadisəni törədən şəxsin spirtli içki və narkotik maddənin təsiri altında olmadığı bildirilib. Yəni qəza nəticəsində heç kim həbs olunmayıb.
Hadisə şahidlərinin sözlərinə görə, qəza döyüş filmi səhnəsi kimi olub. Təbii ki, hadisədə Schwarzeneggerin olması məsələnin dozasını bir az da artırmış ola bilər.

Ətraflı: https://www.instagram.com/p/CZGvnAwrvoc/?utm_medium=copy_link