Get Mystery Box with random crypto!

BMW, üzərində kosmetik əməliyyat keçirdiyi M8 Competition ailə | Car Lifestyle Baku⚙️

BMW, üzərində kosmetik əməliyyat keçirdiyi M8 Competition ailəsini təqdim edib. Bundan sonra M8 Competition, Coupe, Convertible və Gran Coupe modelləri yeni avadanlıqları ilə qarşımıza çıxacaq.

Eksteryerində çox dəyişiklik yaşamayan modellər, artıq yeni opsiyalara sahibdir. Məsələn, alıcılar indi Skyscraper Grey, Brooklyn Grey və Isle of Man Green rəngləri ilə ala biləcəklər. Yalnız bu model ili üçün hazırlanmış klassik BMW Motorsport loqoları da, əlavə ödəniş müqabilində avtomobildə yer ala bilər.
İnteryerə daxil olanda isə M8 Competition ailəsinin nəhəng bir multimedia sisteminə sahib olduğunu görürük. Makiyajdan əvvəl 10,25 düym olan multimedia ekranı indi 12,3 düymdür. Oturacaqların başlıqlarındakı M8 loqoları da işıqlandırılıb.
Facelifted M8 Competition ailəsini indi M Carbon yarış oturacaqları ilə də almaq olar.

Ətraflı: https://www.instagram.com/p/CZPi-G8LKFi/?utm_medium=copy_link