Get Mystery Box with random crypto!

Orta ölçülü sedan bazarı artıq bir neçə ildir düşüş yaşayır. H | Car Lifestyle Baku⚙️

Orta ölçülü sedan bazarı artıq bir neçə ildir düşüş yaşayır. Hətta, bəzi istehsalçılar bu seqmentdən birdəfəlik qurtulmağa çalışır. İş o yerə çatıb ki, artıq seqmentin Honda Accord və Toyota Camry kimi göz bəbəkləri də satış rəqəmlərində ürək açan nəticələrə nail ola bilmir. Bu gedişat bir müddət əvvəl, ölkəmizdə də son illər məşhurlaşan Ford Fusion modelinin sonunu gətirdi. Bəs bütün bunların fonunda Chevrolet Malibu’nun vəziyyəti nə yerdədir?

Cars Direct'in məlumatına görə artıq Malibu’nun da gələcəyi qeyri-müəyyən görünür. Belə ki, Chevrolet artıq Malibu üçün sifariş qəbul etmir. Şirkətin sözcüsü Kevin Kelly bu həftə web səhifəsindən verdiyi açıqlamada, "Malibu ilə bağlı 2022 model ili üçün yetərincə sifariş aldığımız üçün artıq sifariş qəbul etmirik" deyib. Bu, modelin istehsalının dayandırılacağı barədə nə təsdiq, nə də təkzib deyil.

Ətraflı: https://www.instagram.com/p/CZzlKIRAMUF/?utm_medium=copy_link