Get Mystery Box with random crypto!

Nyu-York yerli hökuməti yüksək səsli avtomobillərlə ciddi müba | Car Lifestyle Baku⚙️

Nyu-York yerli hökuməti yüksək səsli avtomobillərlə ciddi mübarizə aparır. Bundan sonra “dünya paytaxtı”nın küçələrində səsi aşkar edən kameralar quraşdırılacaq. Belə ki, avtomobilləri yüksək səslə hərəkət etdirən sürücülərə əvvəlcə xəbərdarlıq ediləcək, təkrarlandığı halda isə cərimə olunacaqlar. Slaydın ikinci fotosunda gördüyünüz cərimə kağızı sözügedən sistemdən gələn cərimə protokolunun eynisidir. Yəni, Nyu-York rəhbərliyi artıq bu sistemi təsdiqləyib.

Car and Driver tərəfindən yayımlanan bu Facebook paylaşımında nyuyorklu bir BMW M3 istifadəçisinə gələn cəriməni görürük. Cərimədə nəqliyyat vasitəsinin səs qaydalarına riayət etmədiyi və sürücünün tez bir zamanda avtomobilini texniki baxışa aparmalı olduğu bildirilib. Bununla belə, sürücü 875$ məbləğində cərimə edilib.

Ətraflı: https://www.instagram.com/p/CaWdytArRKe/?utm_medium=copy_link