Get Mystery Box with random crypto!

Maraqlananlar üçün deyim ki, Hyundai Tucson’dan fərqli olaraq | Car Lifestyle Baku⚙️

Maraqlananlar üçün deyim ki, Hyundai Tucson’dan fərqli olaraq Palisade’da gördüyümüz radiator barmaqlığı heç bir işıqlandırma xüsusiyyətinə malik deyil.

Və Tucson’dan fərqli olaraq, Palisade’ın arxası deyildiyi kimi bölünmüş bir arxa işıq dizaynına malik deyil. İnteryerə nəzər saldıqda isə burada yenilənmiş sükan çarxı və alətlər panelini görürük.

SUV dünyasındakı rəqabətlə ayaqlaşa bilmək üçün, əlbəttə ki, Palisade’ın qarşımıza daha güclü bir şəkildə çıxacağı gözlənilirdi və elədə oldu. Yeni model XRT avadanlıq paketinə də sahib olub ki, bu paket, Santa Fe və Tucson’dakı oxşar təchizat səviyyələri kimi, yolsuzluq tərzi xüsusiyyətlərlə bənzərdir. Sahib olduğu 20 düymlük təkər diskləri, radiator barmaqlığında gördüyümüz kimi tünd görünüşə malikdir. Dam relsləri də qara rəngə boyanan Palisade XRT, qara dəri oturacaqlar və standart elektrikli lyukla təchiz edilib.

Ətraflı: https://www.instagram.com/p/CcVxkyar-pW/?igshid=YmMyMTA2M2Y=