Get Mystery Box with random crypto!

Wiesmann uzun bir fasilədən sonra Project Thunderball ilə geri | Car Lifestyle Baku⚙️

Wiesmann uzun bir fasilədən sonra Project Thunderball ilə geri döndü. Bu zamana qədər markanın BMW müərriki ilə çalışan modellərinə alışılmış olsa da, bu dəfə kapotun altında BMW əsaslı mühərrik yoxdur.

Project Thunderball, MF5 V10 Roadster’dən ilhamlanaraq öz xarakterini yaradıb. Qapaqlı kapotu ilə keçmişə salam göndərən bu canavar, retro interyer dizaynı ilə olduqca cazibədar görünür. İç məkanda sensorlu ekran və karbon fiber gövdəni əhatə edən oturacaqlar yer alıb.

Weismann, elektrik mühərrikindən 676 at gücü hasil edən Project Thunderball üçün kifayət qədər iddialıdır. Belə ki marka, avtomobilin ümumilikdə 1100 Nm fırlanma anına sahib olduğunu bildirir ki, bu da elektrikli rodsterin idarə olunması çətin olan bir gücə malik olduğunu göstərir. Çəkisi təxmini 1700 kiloqram olan avtomobilin 0-dan 100 km/saat sürətlənməsi üçün isə cəmi 2,9 saniyə kifayətdir.

Ətraflı: https://www.instagram.com/p/Cc8fia3rYiZ/?igshid=YmMyMTA2M2Y=