Get Mystery Box with random crypto!

Gördüyunuz bu RS Q8, nə az, nə çox, düz 797 at gücü və 1.000 N | Car Lifestyle Baku⚙️

Gördüyunuz bu RS Q8, nə az, nə çox, düz 797 at gücü və 1.000 Nm fırlanma anı hasil edən 4.0 litrlik bir twin-turbo V8 ilə qidalanır. 0'dan 100 km/saat sürətlənməsi üçün cəmi 3.2 saniyə kifayət edən bu canavarın maksimal sürəti isə 315 km/saat olaraq ölçülür.

Yaxşı, bəs necə oldu ki, birdən birə bu avtomobilə bu qədər güc yükləməsi gəldi? Cavab sadədir. ABT mühərrikin ECU’sunu yenidən işləyərək, intercooler və turboları dəyişdirib. Bundan əlavə, gələn modifikasiyalar, qabaq splitterdən tutmuş aqressiv arxa diffuzora qədər, RS Q8’in tamamilə yeni bir səviyyədə təkmilləşməsinə kömək edir.

Ətraflı: https://www.instagram.com/p/Cc-LiDyrMw1/?igshid=YmMyMTA2M2Y=