Get Mystery Box with random crypto!

Cadillac, Escalade modelinin ən güclü versiyasını təqdim edib. | Car Lifestyle Baku⚙️

Cadillac, Escalade modelinin ən güclü versiyasını təqdim edib. Amerikalı istehsalçı flaqman modelinə, bu günə qədər sedan, universal və kupe modellərinə tətbiq etdiyi V mosifikasiyasını bəxş edib.

Kapotun altında LT4 seriyasından olan 6,2 litrlik kompressorlu V8 mühərriki var. Qeyd edim ki, sözügedən mühərrik əl ilə yığılır və indiyədək yalnız Chevrolet Camaro ZL1 və Cadillac CT5-V Blackwing modellərində quraşdırılıb.
Mühərrikin Escalade üçün xüsusi hazırlanan və 691 at gücü, 885 Nm fırlanma anına malik versiyası, gücləndirilmiş 10 pilləli avtomat transmissiya ilə birləşdirilib.