Get Mystery Box with random crypto!

Volkswagen Touareg 20 yaşını qeyd etməyə hazırlaşır. Bu mühüm | Car Lifestyle Baku⚙️

Volkswagen Touareg 20 yaşını qeyd etməyə hazırlaşır. Bu mühüm hadisəni qeyd etmək istəyən Wolfsburg’lu istehsalçısı Touareg Edition 20 adlı xüsusi versiyanı təqdim edib. Standart formada belə öz seqmentinin ən dəbli modellərindən biri olan Touareg, bu paketlə üslubunu tamamilə dəyişir.

Meloe Blue rəngində gələcək olan xüsusi modelə parlaq 20 düymlük təkərləri əlavə edən alman istehsalçı yan və arxa şüşələri də qaraltmaqla ümumi dizaynı gücləndirib. Sütunlar üzərindəki Edition 20 loqosu da modelin nadir bir inci olduğunu gözlər önünə sərir.

Ətraflı: https://www.instagram.com/p/Cd7o8aoMZeA/?igshid=YmMyMTA2M2Y=