Get Mystery Box with random crypto!

Maserati göz oxşayan superkarı MC20’ni təqribən 2 il əvvəl təq | Car Lifestyle Baku⚙️

Maserati göz oxşayan superkarı MC20’ni təqribən 2 il əvvəl təqdim etmişdi. Bu təqdimat zamanı convertible versiyanı elan edən istehsalçı, istifadəçilərə daha çox azadlıq təklif edə bilmək üçün 2 il gözlədi. Adını səmadan götürən MC20 Cielo, nəhayət rəsmi olaraq təqdim olundu.

Əvvəlcə modelin dəyişdirmədiyi tək şey olan mühərrik seçiminə nəzər salaq. Maseratinin Nettuno adlandırdığı və öz əlləri ilə hazırladığı mühərrikdən istifadə etməyə davam edən MC20 Cielo, bu qurğudan 630 at gücü və 730 Nm fırlanma anı hasil edə bilir. Ümumi sürəti 320 km/saat olan kabriolet 8 pilləli DCT sürət qutusundan istifadə edəcək.
Ən böyük dəyişiklik, əlbəttə ki, avtomobilin dizaynında olub. MC20’ni təqdim edərkən artıq gələcək planlarını hazırlayan Maserati, MC20’nin hər bir versiyası üçün müxtəlif strukturlara malik üç karbon lifli monokok korpus istehsal hazırlayıb.

Ətraflı: https://www.instagram.com/p/CeDbdABMv2q/?igshid=YmMyMTA2M2Y=