Get Mystery Box with random crypto!

English Language

Telgraf kanalının logosu englishwithme90 — English Language E
Telgraf kanalının logosu englishwithme90 — English Language
Kanal adresi: @englishwithme90
Kategoriler: Diller
Dilim: Türk
aboneler: 50
Kanaldan açıklama

Learn English with me

Ratings & Reviews

3.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


En son Mesajlar 6

2021-08-27 10:11:40 Words

1. a glass (qləs~z) 1. stəkan 2. şüşə
2. a table (teybıl) stol
3. a bus (bas) avtobus
4. an apple (əpıl) alma
5. a purse (pö:s) çanta,kisə
6. a wallet (vo:lid~t) pul qabı,cüzdan
7. a knife (nayf) bıçaq
8. a key (ki:) açar
9. a chair (çeyə) stul
10. a train (treyin) qatar
11. an iron (ayən) 1. dəmir 2. ütü
12. a plate (pleyit) boşqab
13. a cup (kap) fincan
14. an umbrella (ambre:lə) çətir(zontik)
15. a window (vindəuu) pəncərə
16. a watch (voç) 1. saat 2. izləmək
17. a spoon (spuun) qaşıq
18. an orange (o:rıng) 1. portağal 2. narıncı(rəng)
19. a fork (fo:k) çəngəl
20. a shelf (şelf) rəf
21. a truck (trak) yük maşını (tır)
22. a door (doo-r) qapı
23. a lemon (lemən) limon
24. a taxi (təksi) taksi
25. a car (kaa~r) maşın
26. an egg (eqq) yumurta
26 views07:11
Aç / Yorum Yap
2021-08-27 10:09:25 New lesson

Future tense ~ Gələcək zaman
~Gələcəkdə olan hadisələr haqqında məlumat vermək üçün istifadə edilir.

Positive Form:

I, he, she, it, we, you, they + will (köməkçi fel) + fel

Məsələn:

– I will eat my meal later-Yeməyimi sonra yeyəcəm.
– She will do her homework tomorrow.-O ev tapşırığın sabah edəcək.

Negative Form:

I, he, she, it, we, you, they + will not (short form: won’t) + fel

Məsələn:

– I will not (won’t) eat my meal later.
– She will not (won’t) do her homework tomorrow.

Question Form:

Will + I, he, she, it, we, you, they + fel?

Məsələn:

-Will you eat your meal later?
-Will she do her homework tomorrow?

Sentences
– I hope she will pass exams-Ümid edirəm ki,o imtahanlardan keçər
– I will do his homework-Mən onun ev tapşırığın edəcəm.
– She will help you to paint gladly-O məmnuniyyətlə (boyamaqda)rəngləmədə sənə(sizə) kömək edəcək

Gələcək zamanda istifadə edilən bəzi zaman zərfləri

-Tomorrow , tomorrow morning,
-Two weeks/months/years later
In 2050
-Soon(suun)-tezliklə
-In the following week-önümüzdəki həftə(yəni gələn həftə) /month/year
-Next day/week/year
-in/withing two weeks-iki həftə içində etc.


gladly-(qlədli)- məmnuniyyətlə,sevinclə
paint-(peynt)- rəng(ləmək)
help-kömək
pass-keçmək,ötürmək
exam-(iqzəm)-imtahan
hope-(həʊp)-ümid etmək
homework-(houmvök)-ev tapşırığı
eat-(it)-yemək /ate-yedi
will-acaq/əcək
22 views07:09
Aç / Yorum Yap
2021-08-26 09:53:04 New Lesson

☆☆Past simple tense (Keçmiş sadə zaman)

Keçmiş sadə zaman 2 yolla düzəlir:
1) Regular (qaydalı) ~ed~
>>Subj.+V+ed...
2) İrregular (qaydasız)
>>Go-Went-Gone

Positive Form:

I, he, she, it, we, you, they + qaydalı fellərdə (-ed əlav edilir), qaydasız fellər isə dəyişir(V2)

Məsələn:

REGULAR: I watched TV last night-mən dünən gecə tv izlədim.

İRREGULAR: He saw a lion in the zoo-O zooparkda aslan gördü.

He went to Real-Madrid match yesterday.
-(he went) O getdi--(to Real-Madrid match) Real Madrid (futbol) oyununa-- (yesterday)dünən
+O dünən Real Madrid oyununa getdi

Birinci cümlədə istifadə olunan “watch” feli qaydalı olduğu üçün sonuna –ed əlavə edildi.
Watch+ed = Watched

İkinci cümlədə isə “saw” feli “see” felinin ikinci halıdır. Yəni,görmək mənasını verən “see” feli qaydasız fel olduğu üçün bu cür dəyişir.

Bəs qaydalı və ya qaydasız felləri necə seçə biləcəyik? Qaydasız felləri və ikinci hallarını əzbərləməklə(Siyahını göndərəcəm). Digərlərinə onsuzda –ed artırılır.

Negative Form:

I, he, she, it, we, you, they + did not (didn’t) + fel (normal halı – qaydalı və ya qaydasız-fərqi yoxdur)

Məsələn:

– I didn’t watch tv last night.
– He did not see a lion in the zoo.

Question Form:

Did + I, he, she, it, we, you, they + fel (normal halı – qaydalı və ya qaydasız-fərqi yoxdu) ?

Məsələn:
Sual və inkarda felin normal halı istifadə edilir. Watched yox Watch

I watced tv last night
-Did you watched tv last night?
-Did you watch tv last night? -Sən dünən gecə tv izlədin?

He saw a lion in the zoo
-Did he see a lion in the zoo?


Ən çox istifadə edilən qaydasız fellər və ikinci halı:

do (etmək) — did -etdi
eat (yemək) — ate-yedi
feel (hiss etmək) — felt-hiss etdi
find (tapmaq) — found-tapdı
get (almaq) — got..
give (vermək) — gave...
go (getmək) — went...
have (sahib olmak) — had...
hear (eşitmək) — heard...
know (bilmək) — knew...
leave (tərk etmək) — left...
make (düzəltmək) — made...
read (oxumaq) –- read...
say (söyləmək) — said...
see (görmək) — saw...
take (götürmək,almaq) — took...
tell (demək) — told...
think (düşünmək) — thought...
write (yazmaq) — wrote...

Zaman zərflərinin bəziləri;
Yesterday
Last night/week/month/year…
In 1960.
26 views06:53
Aç / Yorum Yap
2021-08-25 14:06:57 Words

1. Big [ biq ]- Böyük
2. Small [smol]- Balaca
3. Strong [ stroŋ ]- Güclü,Qüvvətli
4. Full [ ful ]- Dolu,Tam
5. Empty [ empti ]- Boş
6. Young [ jʌŋ-q ]- Cavan
7. Beautiful [ bjuːtɪfl ]- Gözəl
8. Ugly [ ʌɡli ]- Eybəcər,Çirkin
9. Weak [ wiːk ]- Zəif
10. Long [ lon-q ]- Uzun
11. Tall [ tol ]- Hündür
12. Hot [ hot ]- İsti
13. Cold [ kold ]- Soyuq
14. Look [ luk ]- Baxmaq
15. Eagle [ i: ql]- Qartal
16. Enough [ ɪnʌf ]- Kifayət(qədər),Yetərli.
17. Hell - [ hel ]- Cəhənnəm
18. Line [ laɪn ]- Xətt
19. Enter [ entə(r) ]- Giriş
20. Race [ reɪs ]- Yarış
9 views11:06
Aç / Yorum Yap
2021-08-25 09:21:30
Hal-əhval soruşmaq.

-Necəsiniz?
-Təşəkkür edirəm,yaxşıyam.
16 views06:21
Aç / Yorum Yap
2021-08-23 11:49:43 ☆ Zamanlar ☆

New Lesson

Simple Present Tense (İndiki sadə Zaman)

Positive Form:   I, we, you, they + fel

Subject + Verb 1+... =S+V1+...
(Mübtəda+ Fel)

Ex:

– I drink water
– We eat meal.
Eat (it) yemək
Meal(mil) yemək (qida )
Drink-içmək


He, she, it +  fel +"s" hərfi gəlir.

Ex:
– He drinks water
He drink water
– She eats meal.

Negative Form(inkar forması): 
I, we, you, they + do not (don’t) + fel .

Ex:
– I do not (don’t) drink water.
– They do not/(don’t) eat meal.

He, she, it + does not (doesn’t) + fel

Ex:
– He does not(doesn’t) drink water.
– She does not(doesn’t) eat meal.

Question Form(sual forması): 
Do + I, we, you, they + fel?

Ex: 
– Do you drink water?
– Do they eat meal?

Does + he, she, it + fel (yalın halı y)?
Yəni sual verərkən felin öz halı istifadə olunur, "s" əlavə edilmiş forması yox.
Diqqətli olaq.
Example:
– Does it drink water?
– Does he eat meal?
Normalda 3cü şəxsdə> Does he eats< olmalı idi ,amma, sual forması olduğu üçün "s" istifadə etmirik



Simple Present Tense indiki sadə zaman mənasını verir. Yəni ümumiyyətlə edilən hərəkətlər üçün istifadə edilir. Heç vaxt edilməmiş hərəkəti də demək üçün istifadə edilə bilər:

– I watch football every weekendevery day)
– She lives in New York.
– They go to Antalya every summer.
– Princess lives in big castle.


İndiki sadə zamanda istifadə edilən zaman zərfləri:

Never (heç vaxt)
Rarely-Seldom (nadir)
Sometimes (bəzən)
Usually (adətən)
Often-Frequently (tez-tez)
Always (hər zaman)
Generally (ümumiyyətlə)
Regularly (müntəzəm olaraq)

Bu vaxt zaman zərfləri əvəzlik ilə fel arasında işlədilir.

Ex:

– I never eat chicken -Mən heç vaxt toyuq yemirəm.
– I sometimes go to beach-Mən bəzən (hərdən) çimərliyə gedirəm
– I always play computer games-Mən həmişə komputer oyunları oynayıram


Every-hər
Watch-1) izləmək 2) saat
Football-futbol
Summer -Yay
Princess-Şahzadə
Big-böyük
Castle -Qala
Palace- Saray
Chicken-toyuq
Beach-çimərlik
Computer-komputer
Play-oynamaq
Game-oyun(iqra)


Bir də bu zaman zərflərinə əlavə olaraq istifadə edilənlər də var:

Every day -hər gün/week-həftə/month
Once-ayda bir dəfə/Twice-iki dəfə/Three times a day-gündə üç dəfə/week/month
Daily-Gündəlik/weekly-həftəlik 



Əlavə sözlər:

Summer - Yay
Autumn- Payız
Winter- Qış
Spring- Yaz
13 views08:49
Aç / Yorum Yap
2021-08-22 10:42:33 İsimlərin cəmlənməsi

Plural  nouns (Cəm isimlər)

İsimlərin cəm forması –s, -es şəkilçisi vastəsiilə düzəldilir. “-s,-es” Azərbaycan  dilində  -lar-lər şəkilçisinə  uyğun gəlir.

a  boy (oğlan) - boys, a  girl (qız) - girls, a table-teybıl (stol)-tables.

Sonu  s, ss ,sh,ch,tch,x  hərifləri ilə bitən isimlərin cəmi  -es  vasitəsilə  düzəldilir.

Ex:  
a box(qutu)-boxes >> boxs
a class(sinif)-classes (kla:sız)

~ ~ ~ ~
İngilis dilində 7 isim var ki,onların cəm  forması   arxaik   üsulla ,yəni kökdəki saitin dəyişməsi ilə düzəlir.

1.   a  man-men [ mən - men ]
2.   a  woman-women  [ wimin ]  
3.   a  foot  - feet [ fut - fiit]
4.   a   tooth  -  teeth [ tus - tiis ]
5.   a  goose  - geese [ quz(s) - qiiz(s) ]
6.   a  mause – mice [ maus - mays]
7.  a   louse – lice [ lous - lays ]

Yəni ; maus < cəmləyərkən mauses vəya mauss yox mice olacaq.

Bu isimlərin cəmi  isə həm kökdəki saitin tələffüzünün dəyişməsi və həm də -en şəkilçisi vastəsilə düzəldilir:

-a child (çayld) - uşaq
children (çıldırın) - uşaqlar

-an ox (oks) - öküz
oxen(oksın) - öküzlər

- Tərkibində man və ya  woman  sözü  olan  mürəkkəb  isimlərin cəmini düzəldərək man-men, woman – women  sözünə  çevrilir.

Ex:  postman-postmen,  woman-women


Əgər isimin sonu  f ,və ya fe ilə  bitərsə  həmin  isimlərin    cəm formasını düzəldərkən   f, fe >> v çevrilir və sonra –es şəkilçisi əlavə edilir və >> es (z) kimi oxunur.

a wife (vayf) –wives  [ waivz ]
a knife (nayf) - knives (naivz) bıçaqlar
a wolf (volf) - wolves ( wulvz) canavarlar

- İsim   “ O ” hərfi  ilə qutararsa    həmin  ismin  cəm  formasını düzəltmək üçün onun sonuna
“ -es ” şəkilçisi artırılır.
  
potato (kartof)   -  potatoes (kartoflar)
hero (qəhrəman)      -  heroes  (qəhrəmanlar)

QEYD:  aşağıdakı   isimlərin  cəmi adi qayda ilə  düzəlir, ismin sonuna yalnız  “s” əlavə edilir,

1.   radio  -   radios
2.   piano  -  pianos
3.   solo     -   solos
4.   zero      -  zeros
5.   photo  -   photos
6.   kilo      -    kilos
7.   video  -  videos

İsimin sonu   “  y  ”  hərfi  ilə  qutararsa  və    “  y  ”  hərfindən  əvvəl  samit  gələrsə nəmin  ismin cəm  formasını  düzəldərkən   “ y ”  hərfi  “ i  ”  ilə  əvəz edilir.

1. city - cities -şəhər/şəhərlər
2. family - families -ailə/ailələr
3. factory -factories - zavodlar/fabrikalar


 “ y”  hərfindən əvvəl  sait gələrsə  “ y” hərfi  dəyişmir və cəm forması  yalniz “ s ” əlavə etməklə  düzəlir.

1. day- days
2. boy-boys
3. toy-toys
16 views07:42
Aç / Yorum Yap
2021-08-21 17:21:57 New lesson

Qısaca izahlarla isim bölməsi ilədə tanışıq olaq.Diqqətlə oxuyaq.
The  Noun (naun) İsim

İsim canlı və cansız əşyaların adını bildirir. İsim sadə,düzəltmə və mürəkkəb olur

Sadə isim(simple noun) bir kökdən  ibarət  olur. Ex: > a book,a pen < etc...


Düzəltmə isimlər (the derivative nouns) kök və şəkilçidən ibarət olur.

--İsim düzəldən şəkilçilər bunlardır:

-er,or feldən isim düzəldir:
-Teach-Öyrətmək
-Teacher-Müəllim
-Work - Worker (İşçi)
-Write-Writer (Yazıçı)
-ness - sifətdən isim  düzəldir:
-Happy - happiness (xoşbəxtlik)
-Dark - darkness (qaranlıq)
-ment- feldən isim düzəldir :
-Develop-development (İnkişaf,tərəqqi)
-Depart-department (Şöbə,bölüm)
-hood childhood (çayldhud) uşaqlıq
-brotherhood (qardaşlıq)
-neighbourhood (neybəhud) qonşuluq
-ism
-heroism (heroizm)-qəhrəmanlıq
-tourism (tourizm) -turizm
-ship
-leadership - liderlik
-friendship - dostluq
-dom
-freedom -azadlıq
-kingdom -krallıq
-ence
-dependence -asılılıq
-ing
-meeting,weeding,carving...


Mürəkkəb isimlər ( Compound nouns) iki və daha çox  sözdən ibarətdir.

Ex : 
Armchair -kreslo (amçeyə)
Arm-qol / Chair -stul
Bedroom - yataq otağı


İsimlər iki qurupa bölünür:
Ümümi  isimlər (Common Nouns)
Xüsüsi isimlər (Proper  nouns).

Common  nouns.

Eyni qəbildən olan əşyaların adını bildirən isimlərə  ümumi isimlər deyilir.
Ex:  a city(şəhər), a
country (ölkə) , a lake (göl), weather (hava)

 Ümumi isimlər özləri də 2 qrupa bölünür :

I.Konkret isimlər (concrete nouns)

II.Mücərrəd isimlər (abstract nouns).

 
I ) Konkret isimlər–konkret əşyaların  adını  bildirən isimlərdir: a pen, bread(çörək) , a city;
-Diqqətlə oxuyaq
-Konkret isimlər özləri də iki qrupa  bölünür :

1) Sayılan isimlər (countable nouns )
2) Sayılmayan isimlər (uncountable  nouns)  

 ☆) Sayılan isimlər
1) Tək və cəm olur.
2) Saya bildiyimiz bütün isimlər sayılandır
3) Tək halda mütləq  “a” , ”an” qeyri-müəyyənlik artiklı ilə işlənməlidir.
Ex: a coat - palto / seven coats - 7 palto

☆ ☆) Sayıla bilməyən isimlər
1) Heç vaxt cəmlənmir
2) Heç vaxt “an ,a” qeyri-müəyyənlik artiklı ilə işlənmir.

Sayıla bilməyən isimlərə aiddir>>bütün maddi isimlər:
-ərzaq adları,maye adları : (su, yağ, neft, benzin)
-material adları (silk-ipək, cotton-pambıq, wool-yun, wood-taxta, paper-kağız,
glass-şüşə, marble-mərmər).
-metal adları (iron-dəmir, silver-gümüş, gold-qızıl, bronze-bürünc) sayılmayan isimlərdir.



II ) Mücərrəd isimlər-adətən gözlə görünməyən, əl ilə toxunulmayan isimlərdir. Bunlar: hərəkət ,vəziyyət və keyfiyyət adları bildirir,sayılmır,cəmlənmir  “a” , ”an” qeyri-müəyyənlik artikilı ilə işlənmir
                             
Proper  nouns (xüsusi isimlər)

Eyni qəbildən olan adları bir-birindən fərqləndirmək  üçün onlara verilən  adlara xüsüsi isimlər deyilir. Xüsüsi isimlərə insan adları, coğrafi  adlar, gəmi, mehmanxana,  meydan, klub, teatr, jurnal adları , Azərbaycan dilindən fərqli olaraq   ayların və həftənin günlərinin   adları  xüsüsi  isimlərdir.
22 views14:21
Aç / Yorum Yap