Get Mystery Box with random crypto!

Təbii Məhsullar 🌺

Telgraf kanalının logosu qadin — Təbii Məhsullar 🌺 T
Telgraf kanalının logosu qadin — Təbii Məhsullar 🌺
Kanal adresi: @qadin
Kategoriler: Kategorize edilmemiş
Dilim: Türk
aboneler: 2.28K
Kanaldan açıklama

Əlaqə
Sağlamlığınızı düşünərək tam təbii Məhsullar
https://t.me/qadin

Ratings & Reviews

1.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

1


En son Mesajlar 153

2021-05-10 08:03:08
310 views05:03
Aç / Yorum Yap
2021-05-09 18:39:01
Şanxay salatı əsl xilasedicidir. Asan hazırlanan bu salat eyni zamanda dadlıdır. Salatın tərkibindəki ət salatı doyurucu edir. Bu dadlı salat bayram süfrəsi üçün idealdır. @qadin Şanxay salatının reseptini təqdim edir.

Tərkibi:

200 qr bişmiş ət

150 qr bişmiş düyü

100 qr bişmiş yerkökü

4 ədəd bişmiş yumurta

200 qr konservləşdirilmi yaşıl noxud

1 dəstə yaşıl soğan

zövqə görə duz

150-200 qr mayonez

Hazırlanma qaydası:

Əti əvvəlcədən duzlu suda bişirin və tamamilə soyudun. Yumurtanı da suda bərk halda bişirin və qabığını soyub soyudun. Yerkökünü də suda bişirin. Başqa bir qabda düyünü yumşalana qədər qaynadın. Bişmiş soyumuş əti, yumurtanı, yerkökünü orta ölçülü kub formasında doğrayın. Yaşıl soğanları da doğrayın. Bir qabda hamısını qarışdırıb yaşıl noxud, duz və mayonez əlavə edib qarışdırın. 
896 views15:39
Aç / Yorum Yap
2021-05-09 14:32:34
Karamelləşdirilmiş alma, Avropada və Amerikada ən populyar desertlərdən biri sayılır. Bu dadlı deserti ev şəraitində cəmi bir neçə dəqiqəyə hazırlaya bilərsiniz. @qadin karamelli alma desertinin reseptini təqdim edir.

Tərkibi:

6 ədəd alma

400 qr şəkər tozu

100 qr su

qırmızı qida boyası

çöp şiş

xırdalanmış fıstıq və ya şəkərli dənəcik

Hazırlanma qaydası:

İlk öncə almaları yaxşıca yuyunb qurulayın. Almaların orta hissəsinə çöp şişi batırın. Bir qazançaya şəkər tozu və suyu töküb ocaqda qaynadın. Sirop 150 dərəcəyə çatdıqda qırmızı rəng qida boyası əlavə edib qarışdırın və ocaqdan götürün. Çöpə batırılmış almaları siropa bulayıb zövqə görə xırdalanmış fıstığa və ya şəkərli dənəciklərə (tortların bəzədilməsində istifadə edilən ) batırıb yağlı kağız üzərinə yerləşdirin. Bərkiyən alma şəkərini süfrəyə verə bilərsiniz.





Qeyd: Bunun üçün çürük, çox yumşaq olmayan alma seçməlisiniz.
Nuş Olsun!
897 viewsedited  11:32
Aç / Yorum Yap
2021-05-09 11:18:04 Ən azı bir dəfə xamalı blinçik tortunu sınayın və əmin olun ki, bütün ailə üçün sevimli bir desert olacaq. @qadin dadlı və görünüşü iştahaçan xamalı blinçik tortunun reseptini təqdim edir.

Tərkibi:

Blinçik üçün:

550 ml süd

240 qr un

120 qr şəkər kirşanı

2 ədəd yumurta

30 qr kakao

50 qr kərə yağı

çimdik duz

Kremi üçün:

660 qr 20 %-lik xama

20 qr jelatin

150 ml süd

150 qr şəkər kirşanı

1 çay qaşığı vanil

zövqə görə meyvə və ya giləmeyvə

üzəri üçün şokolad

Hazırlanma qaydası:

Blinçikin xəmirini hazırlamaq üçün bir qabda un, şəkər kirşanı, kakao və duzu qarışdırın. Başqa bir qabda yumurtanı mikserlə çırpın. Üzərinə süd və əridilmiş kərə yağı əlavə edib qarışdırın. Üzərinə quru qarışığı da əlavə edib yaxşıca qarışdırın. Xəmirin üzərini streç salafanla örtüb 20-30 dəqiqə kənarda saxlayın. 20-30 dəqiqədən sonra qızdırılmış tavada nazik blinçiklər bişirin (təxminən 19-20 ədəd blinçik çıxacaq).
Kremi hazırlamaq üçün soyuq süddə jelatini 20 dəqiqəlik isladın. Xamanı şəkər kirşanı və vanillə qarışdırın. Südlü jelatini isidin (qaynatmayın!) və xamalı qarışığa əlavə edib yaxşıca qarışdırın. Diametri 20-22 sm olan açılan dairəvi qəlibi boşqabın üzərinə yerləşdirin. Alt hissəsinə 1 və ya 2 blinçik yerləşdirin. Daha sonra kiçik bir kasanın içərisinə blinçikin birini yerləşdirib orta hissəsinə 2-3 xörək qaşığı krem töküb, meyvə və ya giləmeyvə töküb kənarlarından tutub bükün,kisə kimi olsun.Hazırladığınız bu kisənin alt hissəsini azca kremə batıb qəlibə düz şəkildə yerləşdirin. Bu qaydayla bütün blinçikləri kisə forması verib qəlibə sıx-sıx yerləşdirin. Təxminən 9-10 blinçik olacaq. Qalan kremi də qəlibdəki blinliklərin üzərinə töküb yayın. Tortu 3 saatlıq soyuducuya yerləşdirin. Tünd və ya südlü şokoladı rəndələyib tortu bəzəyin. Qəlibin kənarlarını açıb çıxarın. Hazır tortu dilimləyib süfrəyə verə bilərsiniz.
888 views08:18
Aç / Yorum Yap
2021-05-09 11:17:38
806 views08:17
Aç / Yorum Yap
2021-05-09 08:03:01
Azərbaycanın bölgələrində bu dadlı və faydalı yeməyə “Cırdala”, “Balva”, “Bomba”, “Buğlama” kimi fərqli adlar verilib. @qadin əməköməci və boyanadan hazırlanan cırdalanın reseptini təqdim edir.

Tərkibi:

2 dəstə əməköməci

2 dəstə boyana (razyana)

6-7 ədəd alça turşusu

0,5 stəkan yumru düyü

3 xörək qaşığı kərə yağı

duz , istiot

1-2 ədəd yumurta

4 stəkan qaynadılmış su

Hazırlanma qaydası:

İlk öncə göyərtini təmizləyib,yuyub doğrayın. Qazana 2 stəkan su, doğranmış göyərti, yarım halqa doğranmış soğan, alça turşusu, düyü və duz , istiot əlavə edib orta odda bişməyə qoyun (heç qarışdırmayın!). Düyü bişib suyu çəkilənə yaxın yağ əlavə edib 5 dəqiqə qovurun. Daha sonra 2 stəkan suyu əlavə edib, bir az da qaynadın. Bir qabda yumurtanı çırpın, qarışdıraraq yeməyə əlavə edin. Hazır yeməyi isti halda süfrəyə verə bilərsiniz.
937 views05:03
Aç / Yorum Yap
2021-05-08 13:53:08
1.0K views10:53
Aç / Yorum Yap
2021-05-08 13:53:08 Çak-çak”- görünüşü fərqli, dadı isə ləzzətli Tatar şirniyyatıdır. @qadin dadlı şirniyyatın reseptini təqdim edir.

Tərkibi:

Xəmiri üçün:

3 ədəd yumurta

350 qr un

1 paket qabartma tozu (yarım çay qaşığı soda)

bir çimdik duz

Şərbəti üçün:

1 stəkan bal

0,5 stəkan şəkər tozu

zövqə görə araxis, qoz, badam ləpəsi

Qızartmaq üçün

duru yağ

Hazırlanma qaydası:

Şərbəti hazırlamaq üçün bir qazanda bal və səkər tozunu, şəkər tamamilə əriyib bal rəngindən daha açıq rəngə gələnə kimi qarışdıraraq bişirin. Əgər ballı şərbət sevmirsinizsə şəkər tozu və su ilə hazırlayın.
Xəmiri hazırlamaq üçün yumurtaları dərin bir qabda çırpın. Un, qabartma tozu, duz və çırpılmış yumurtaları qarışdırıb xəmir yoğurun. Xəmiri 2 hissəyə bölüb iki kündə hazırlayın. Kündələri oxlovla açıb, əriştə kəsdiyiniz kimi kəsin. Xəmirlərin bir-birinə yapışmaması üçün xəmirləri nisastaya və ya una bulayın. Yağı qızdırıb, qızğın yağa xəmirləri atın və qızardın. Qızardılan xəmirləri kağız dəsmalın üzərinə düzün ki, yağını çəksin. Daha sonra qızardılmış əriştələri bir qaba yığın, üzərinə isti şərbəti töküb ehtiyyatla taxta qaşıqla, sonra isə əllərinizi soyuq suda isladaraq qarışdırın. Zövqə görə qoz, badam və ya araxis ləpələsi əlavə edə bilərsiniz. Forma vermək üçün istədiyiniz qəlibə doldurun. Soyuyan şirniyyatları qəliblərindən çıxarıb süfrəyə verə bilərsiniz.
1.0K views10:53
Aç / Yorum Yap
2021-05-08 12:48:03
Ana bala şəkilləri
1.0K views09:48
Aç / Yorum Yap
2021-05-08 08:02:14
Purple Velvet Cake

Biskvit

- 3 st un
- 1.5 st şəkər tozu
- 1/4 ç.q duz
- 1 ədəd qabartma tozu
- 1 ç.q soda
- 3 yumurta
- 1.5 st duru yağ
- 1 st qatıq
- yarı st qaymaq
- qida boyası
~~
Krem

- 200 ml qaymaq(33%)
- 350 q krem pendir(mascorpone)
- 100 q şəkər pudrası
~~
Quru ərzaqları ələkdən ələyirik. Üzərinə şəkər tozu, yumurta, duru yağ,qatıq qaymaq və qida boyasını əlavə edib 3-4 dəq mikserlə qarışdırırıq. Yağlı kağız açılmış kənarları açılan qabı(20-22 sm) duru yağla çox az yağlayıb qarışdırdığımız xəmiri 2 hissəyə bölüb 180 dərəcə isidilmiş sobada 20 dəq bişiririk. Biskviti götürərkən taxta çöp ilə yoxlamaq olar.Biskviti soyuduqdan sonra bölüb kremləyirik Kremin hazırlanmasında isə qaymağı şəkər tozu ilə mikserlə qatılaşanadək qarışdırıb, krem pendiri əlavə edirik.Kremləyərkən hər biskviti 2 hissəyə bölüb 4korj edirik.Üzərini istər biskvitin ovuntuları ilə, istərsə də qaymaqla bəzəyə bilərsiniz
~~
Nuş olsun!
1.1K views05:02
Aç / Yorum Yap