Get Mystery Box with random crypto!

Təbii Məhsullar 🌺

Telgraf kanalının logosu qadin — Təbii Məhsullar 🌺 T
Telgraf kanalının logosu qadin — Təbii Məhsullar 🌺
Kanal adresi: @qadin
Kategoriler: Kategorize edilmemiş
Dilim: Türk
aboneler: 2.28K
Kanaldan açıklama

Əlaqə
Sağlamlığınızı düşünərək tam təbii Məhsullar
https://t.me/qadin

Ratings & Reviews

1.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

1


En son Mesajlar 154

2021-05-07 19:43:24 Onu ömründə belə güldürən olmamışdı. Buna görə Ayşəndən çox xoşu gəldi:

- Sən çox ağıllı, şən qızsan. İstəyirəm səni Küpəgirən qarının əlindən xilas edəm!

- Mən Küpəgirən qarının yox, sənin əlindəyəm!

- Yox, Küpəgirən qarının əlindəsən!

O dedi, bu dedi, axırda Əjdaha yoruldu. Yenə ikisini də gülmək tutdu.
Onlar gülə-gülə düşdülər bir adaya. Adada böyük, şahlara layiq saray vardı. Sarayın qarşısında, sahildə isə böyük bir gəmi.

Əjdaha dedi:

- Bu sarayı yüz il bundan əvvəl bir şah gizlincə tikdirib. Sonra qocalıb ölüb, saray da gəmi də sahibsiz qalıb. Ona sahib ola bilərsən!

Ayşən dedi:

- İstəmirəm saray-zad! Mən babamsız, nənəmsiz burda neyləyəcəyəm?

- Burda tək deyilsən, baban da bu adadı. Bir az gəzib axtarsan, taparsan! 

Küpəgirən qarı tufan qoparıb, babanı tilsimə salıb, qayığını batırıb, qoca baban üzü üstə yıxılıb adada qalıb.

- Baba, can baba! – Deyib Ayşən qışqırdı, babasını axtarmağa başladı. 

Qoy Ayşən adada babasını axtarmaqda olsun, sizə Küpəgirəndən danışım. Elə ki Əjdaha qızı ağzına alıb göyə qalxdı, Küpəgirənin kefi düzəldi. Hikkəsi azaldı. Gecə yatmamışdı deyə, əsnədi. Gedib rahat yatdı. Nə qədər yatdı, bilmədi. Bir də İfritin səsinə oyandı:

- Üç gün, üç gecədir yatırsan. Sənə şad xəbərim var. Balıqçı da, qarısı da, Ayşən də, yoxa çıxıb! 

Küpəgirən qarı yerindən dik qalxdı. Xırıldaya-xırıldaya güldü. Tez fal açdı. Fal açan kimi Sehrli küp şah sarayını göstərdi. Qarı neçə dəfə fal açdı, sehrli küp eyni şeyi göstərdi. Küpəgirən hirsləndi, küpü yerə çırpıb sındırdı: 



- Mən sənə deyirəm balıqçının ailəsini göstər, sən mənə şahı, onun sarayını götərirsən! Çox köhnəlmi-sən, daha sehrin qalmayıb! Elə sınsan yaxşıdır!  

Gəlin, Küpəgirənlə İfritdən canımızı qurtaraq, görək Ayşən babasını tapdı?

Ayşən adada axtardı, axtardı, babasını tapdı.
Onlar qucaqlaşıb sevindilər. 

Adada olan saraya girib islanmış paltarlarını dəyişdilər. Sonra isə gəmi ilə gedib nənəni də saraya gətirdilər.
   Bu, o vaxt idi ki, Küpəgirən fal açıb onları sarayda, süfrə başında, əyinlərin- də şahlara layiq libas görmüş, tanımamışdı, elə bilmişdi saray adamlarıdırlar. 

Baba, nənə və nəvə ömürləri boyu şah sarayında bolluq içərisində yaşadılar, arzularına çatdılar. Onların gülüş səsi dənizin dalğalarına qarışdı, dünyanın hər yanına yayıldı.

Sən də dənizə get, dəniz havasından bir dolu nəfəs al, Ayşənin şən gülüşü ürəyinə girsin, kefini açsın. Oturduğun yerdə sevincin ətir saçsın, bu sevincdən hamıya pay çatsın. Gülzar nənən də sənə baxsın, arzu-muradına çatsın!
1.3K views16:43
Aç / Yorum Yap
2021-05-07 19:39:01
1.1K views16:39
Aç / Yorum Yap
2021-05-07 19:23:12 Dadlı konfet

Müəllif: Gülzar İbrahimova



(Dahilərdən tərcümə edilmiş)

Ata və ana həmişə deyirdilər: “Bizim əziz balalarımız, həyətdə, küçədə tanımadığınız adamlardan heç nə alıb yeməyin. Ürəyiniz istəsə də almayın. Bu qadağandır! Olmaz!”.

Amma bacı-qardaş Yavər və Xavər başa düşə bilmirdilər ki niyə qadağandır? Onlar həmişə, harda olsa, kim nəyə qonaq eləsə,  alıb yeyidilər, “heç nə olmaz!”, deyirdilər.

Bir gün iki yad əmi Yavərlə Xavərə rəngli noğullar verdilər. Noğullar elə şirin, dadlı idi ki, uşaqlar yenə istədi. Əmi dedi:

- Maşında var, gedək verim nə qədər istəyirsiniz, yeyin!

Xavər qardaşından soruşdu:

- Gedək?

Yavər sevincək dedi:

- Əlbəttə gedək!

Maşında o qədər noğul var idi ki, uşaqlar ovuclarını doldurub ağızlarına tökdülər. Birdən Yavər gördü bacısı meymuna döndü, bacı da gördü qardaşı meymuna döndü. Aman! ...

Yazıq bacı-qardaş nə qədər qışqırdılar, camaatı köməyə çağırdılar, heç kəs onları başa düşmədi. Yad əmilər onları maşına mindirib apardılar.

Onlar bir neçə ay meymuna dönmüş uşaqlara rəqs öyrətdilər. Sonra isə onları meydanlarda oynadıb pul yığmağa başladılar. Camaat meymunlara yemək atırdılar.

Bir dəfə meymunlar tamaşa göstərəndə analarını gördülər. Onlar qaçıb analarını qucaqladılar. Ana o saat balalarını tanıdı. Onun gözlərindən bir damla göz yaşı balalarının üstünə düşən kimi tilsim qırıldı və meymunlar
dönüb təzədən uşaq oldular. Yad əmilər qorxularından yoxa çıxdılar.

Yavərlə Xavər ata-analarının sözlərinə baxmadıqlarına görə çox peşman olmuşdular. Amma yaxşı ki, bir damla göz yaşı onları xilas elədi.
1.2K views16:23
Aç / Yorum Yap
2021-05-07 19:23:12
982 views16:23
Aç / Yorum Yap