Get Mystery Box with random crypto!

QURAN VƏ HƏDİS

Telgraf kanalının logosu quranvehedis — QURAN VƏ HƏDİS Q
Telgraf kanalının logosu quranvehedis — QURAN VƏ HƏDİS
Kanal adresi: @quranvehedis
Kategoriler: Kategorize edilmemiş
Dilim: Türk
aboneler: 873
Kanaldan açıklama

“Ey Rəbbim! Elmimi artır!”– de. / Taha 114
Digər kanal ➠ t.me/rebbini_zikr_et

Ratings & Reviews

4.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

1

2 stars

0

1 stars

0


En son Mesajlar

2022-08-02 22:37:48 İnstagramdan quran səhifəmizə follow ata bilərsiz

https://instagram.com/salafiyyablog?igshid=YmMyMTA2M2Y=
103 viewsꪖ​ᧁ​̆ꪖ​ꪗ​ꫀ​ꪜ​ꪖ​, 19:37
Aç / Yorum Yap
2022-08-02 21:47:30
قُلْ يَتَوَفَّىٰكُم مَّلَكُ ٱلْمَوْتِ ٱلَّذِى وُكِّلَ بِكُمْ ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ

11. De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!”

وَلَوْ تَرَىٰٓ إِذِ ٱلْمُجْرِمُونَ نَاكِسُوا۟ رُءُوسِهِمْ عِندَ رَبِّهِمْ رَبَّنَآ أَبْصَرْنَا وَسَمِعْنَا فَٱرْجِعْنَا نَعْمَلْ صَٰلِحًا إِنَّا مُوقِنُونَ

12. Kaş ki, günahkarları öz Rəbbi qarşısında başlarını aşağı dikərək: “Ey Rəbbimiz! Biz gördük və eşitdik. Bizi geri qaytar ki, yaxşı işlər görək. Həqiqətən də, biz qətiyyətlə inandıq!”– deyəndə görəydin!

Səcdə Surəsi `

quranvehedis
123 viewsꪖ​ᧁ​̆ꪖ​ꪗ​ꫀ​ꪜ​ꪖ​, 18:47
Aç / Yorum Yap
2022-08-01 20:10:49 Bir alimə sual verilir:

«Səni həqiqətən kimin sevdiyini necə bilərsən?»

- «Kim dərdimi dərd edinərsə, kim halımı soruşarsa, kim üçün cansıxıcı deyiləmsə, kim xətamı bağışlayırsa, və kim mənə Rəbbimi xatırladırsa, o məni sevir.»

quranvehedis
110 viewsꪖ​ᧁ​̆ꪖ​ꪗ​ꫀ​ꪜ​ꪖ​, 17:10
Aç / Yorum Yap
2022-07-31 23:04:23 İbrahim ət-Teymi (rahiməhullah) belə demişdir

"Sözümlə əməlimi hər dəfə qarşılaşdırdıqda yalançı olmaqdan qorxurdum."

Əhməd "Zühd" 2215.

quranvehedis
78 viewsꪖ​ᧁ​̆ꪖ​ꪗ​ꫀ​ꪜ​ꪖ​, 20:04
Aç / Yorum Yap
2022-07-31 23:02:41
Ənəs ibn Malik radiyallahu ənhu belə nəql etmişdir:

"Siz elə əməllər edirsiniz ki, onlar sizin gözlərinizdə tükdən də incədir. Ancaq biz onları Rasulullahın ﷺ dövründə həlak edən günahlardan sayardıq."

Buxari "Riqaq" bölümü, "Günahları kiçik görməkdən çəkinmək" fəsli 6492

quranvehedis
81 viewsꪖ​ᧁ​̆ꪖ​ꪗ​ꫀ​ꪜ​ꪖ​, 20:02
Aç / Yorum Yap
2022-07-30 23:19:03 Qiyamət günü hökmü veriləcək ilk 3 nəfər

Muslimin "Səhih"ində keçir ki, Əbu Hureyrə Peyğəmbərin ﷺ belə buyurduğunu eşitmişdir:

"Qiyamət günü hökmü veriləcək ilk kəslər bu üç nəfərdir: Şəhid kişi; O gətirilər. Allah ona Öz nemətlərini sadalayar, o da təsdiq edər. Sonra ondan soruşar: "Orada nə etdin?" Cavab verər: "Sənin uğrunda vuruşdum və öldürüldüm." (Allah) deyər: "Yalan deyirsən! Sən vuruşdun ki, sənə hünərli desinlər. Deyildi də." Sonra əmr olunar və o, üzü üstə sürüklənərək Cəhənnəmə atılar. Həmçinin, elm öyrənib öyrədən və Quran oxuyan adam gətirilər. Ona Öz nemətlərini sadalayar, o da təsdiq edər. (Allah) soruşar: "Orada nə etdin?" Cavab verərək deyər: "Sənin üçün elm öyrəndim, öyrətdim və Sənin üçün oxudum." Allah deyər: "Yalan deyirsən! Sən elm öyrəndin ki, sənə alim desinlər, Quran oxudun ki, sənə qare desinlər. Deyildi də." Sonra əmr olunar və o da üzü üstə sürüklənərək Cəhənnəmə atılar. Biri də Allahın bol ruzi verdiyi kimsədir ki, malını başqalarına xərcləyərdi. O da gətirilər. Allah ona Öz nemətlərini sadalayar, o da təsdiq edər. Sonra ondan soruşar: "Orada nə etdin?" Belə cavab verər: "Sənin üçün bütün xeyir işlərə malımdan xərclədim." Allah deyər: "Yalan deyirsən! Onu etdin ki, sənə səxavətli desinlər. Deyildi də." Sonra o da üzü üstə sürüklənib Cəhənnəmə atılar."

Başqa bir rəvayətdə əlavə olaraq bu cümlə qeyd olunmuşdur:

"Bunlar Allahın ilk bəndələridir ki, Qiyamət günü Cəhənnəm onlarla alovlanacaq." ¹

¹ Əlbani "Səhih sünən Tirmizi" (2382) əsərində bu hədisi səhihləmişdir.

quranvehedis
23 viewsꪖ​ᧁ​̆ꪖ​ꪗ​ꫀ​ꪜ​ꪖ​, edited  20:19
Aç / Yorum Yap
2022-07-29 23:05:01
Rahmən surəsindən..

وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِۦ جَنَّتَانِ
46. Rəbbinin hüzurunda durmaqdan qorxanları iki Cənnət bağı gözləyir.

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
47. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

ذَوَاتَآ أَفْنَانٍ
48. İkisində də növbənöv meyvələrlə dolu budaqlar vardır.

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
49. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

فِيهِمَا عَيْنَانِ تَجْرِيَانِ
50. İkisində də iki axar bulaq vardır.

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
51. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

فِيهِمَا مِن كُلِّ فَٰكِهَةٍ زَوْجَانِ
52. İkisində də hər meyvədən qoşa-qoşa vardır.

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
53. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

مُتَّكِـِٔينَ عَلَىٰ فُرُشٍۭ بَطَآئِنُهَا مِنْ إِسْتَبْرَقٍ ۚ وَجَنَى ٱلْجَنَّتَيْنِ دَانٍ
54. Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır.

quranvehedis
123 viewsꪖ​ᧁ​̆ꪖ​ꪗ​ꫀ​ꪜ​ꪖ​, edited  20:05
Aç / Yorum Yap
2022-07-29 21:42:41 ~ Əbu Dərda (radiyallahu anhu) demişdir:

"Özüm üçün ən çox qorxduğum şey Qiyamət günü mənə "Ey Əbu Dərda, sən bildin. Bəs bildiklərinə necə əməl elədin?" - deyilməsidir."

O, deyirdi: "Əgər siz ölümdən sonra nə ilə qarşılaşacağınızı bilsəydiniz, iştahla yemək yeməz, su içməz, kölgələnmək üçün evinizə girməzdiniz. Yüksəkliklərə çıxıb sinənizə vurub özünüz üçün ağlayardınız. İstərdim sınmış ağac olum."

Əbu Nueym "Əl-Hulyə" 1/213

quranvehedis
43 viewsꪖ​ᧁ​̆ꪖ​ꪗ​ꫀ​ꪜ​ꪖ​, edited  18:42
Aç / Yorum Yap
2022-07-29 21:31:54 Əli İbn Əbi Talib (Allah ondan razı olsun) demişdir:

«Ümidlərə qapılmaq Axirəti unutdurar, həvəsə uymaq haqla aranda əngəl yaradar. Dünya çıxıb gedir, Axirət isə qarşıdadır. Hər ikisinin övladları var. Siz Axirətin övladları olun, dünyanın övladları olmayın! Bu gün əməl günüdür, hesab günü deyil. Sabah isə hesab günüdür, əməl günü yox!»

Əbu Davud 113.

quranvehedis
55 viewsꪖ​ᧁ​̆ꪖ​ꪗ​ꫀ​ꪜ​ꪖ​, 18:31
Aç / Yorum Yap
2022-07-29 21:18:20 Osman ibn Affan (Allah ondan razı olsun) demişdir:

"Mən Cənnətlə Cəhənnəmin arasında olsam və hansına gedəcəyimi bilməsəm, hansına gedəcəyimi bilməzdən əvvəl kül olmağı seçərdim."

Əhməd "Zühd" 685.

quranvehedis
59 viewsꪖ​ᧁ​̆ꪖ​ꪗ​ꫀ​ꪜ​ꪖ​, 18:18
Aç / Yorum Yap