Get Mystery Box with random crypto!

Şeir qəzəllər📜

Telgraf kanalının logosu seirler_ve_qezeller — Şeir qəzəllər📜 Ş
Telgraf kanalının logosu seirler_ve_qezeller — Şeir qəzəllər📜
Kanal adresi: @seirler_ve_qezeller
Kategoriler: Sanat
Dilim: Türk
aboneler: 380
Kanaldan açıklama

Şeirlər ve aəzəllərlə insanlara xidmət etmək,ve konullərinə oxşamaq.

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


En son Mesajlar 3

2022-02-18 23:35:07 Ey Xuda saxlama hey xabu cəhalətdə məni
Belə rüsva eləmə yəvmu qiyamətdə məni

Kim olub sənlə hesabda qalmasin borclu sənə
İzni ver şükr eliyim qoyma qəbahətdə məni

Kim edər Şükrü sənə evvəlu sən Şakirsən
Bu qədər Neymət ilə qoyma xəcalətdə məni

O qədər lütf elədin arxayın olmuşdu bu nəfs
Aparıb qoydu nəcur rahı rəzalətdə məni

Tövbə ya Rəbb tövbə ki qəflət edir gör adamı
Necə heyvanda aşağ çox qoyub heyrətdə məni

Neçə illər yanıban, mah kimi nur saçıban
Birde baxdın batıban qoyma bu zülmətdə məni

Üç sinaqla görüşür hər əməli bəndələrin
Belkede gördün ki riya saxladı taətdə məni

O qədər ücbə düşüb məhv elədim öz özümi
Bircə qalmış görəsən, əmridə ,beyyətdə məni

Mən fəqir səndəki Şah rəhm elə Ya rəbb nə olar
Bu rəhm səndə olar eylə bu fürsətdə məni

Qıl qəbul sənsən duyan Ey Səmi Allahimiz
Lütf elə sənsən Kərim saxla vilayətdə məni

Çoxdur gunahi Kamranın ey Nəhayətsiz Gafur
Ehlibeyt xatirinə saxla şəfaətdə məni

Bir çuxur yerdir qəbr zülmət dolu minnət dolu
İzni ver olsun Fərəc al O şəhadətdə məni

Sən bilən mən bilmiyen bilmediyimi bilmiyen
Dözmürəm dünya çətin saxla deyanətdə məni
11 views20:35
Aç / Yorum Yap
2022-02-18 19:00:29
29 views16:00
Aç / Yorum Yap
2022-02-18 19:00:25 Yorulmuşam bu dərdimə şahid olubdur küçələr
Ki gəlir qəlbimə hər dəm həmi hər qəm gecələr

Bu ağaclardi buludlardi bu yollardi rəfiq
Yığılıb dərdimə sanki bütün aləm gecələr

Çıxasan asi nəfəsdən çıxasan zülmü qəfəsdən
Çıxasan cümlə həvəsdən olasan cəm gecələr

Biləsən qədrini yarın dadasan azca Vüsalın
görəsən nurlu camalın olasan xəm gecələr

kim nə deyir kim nə edir yoxdu işim özgə ilən
İçəsən canan ilən hər dəfə zəm-zəm gecələr

Olasan şiri Vəli məhv edəsən düşmənləri
Olasan Haqq nökəri dağ kimi möhkəm gecələr

Nə ki dünya tapasan zahirə dogri qaçasan
Olmuya Kamran qatasan batinə görkəm gecələr

Bu elə esqidi ki, damlası bəsdi və muqəddəsdi
Biləsən hər şey əbəsdi ,bilə bilsəm gecələr
30 viewsedited  16:00
Aç / Yorum Yap
2022-02-17 01:06:06
17 views22:06
Aç / Yorum Yap
2022-02-17 01:06:01 Adəm ki, düşüb son siraya, növbə düzəlmir
Quranı götür bax oraya, tövbə düzəlmir

Sən üz çevirirsən O qılır dərdinə dərman
Qoymazsa ki, məlhəm yaraya,tövbə duzəlmir

Min bir işinə, çarə edir Xaliqi Yektan
Kim gəldisə, sənçun haraya, tövbə düzəlmir

Uqbanı verib dünya dalınca belə getmə
Lap dünya ola, gir saraya ,tövbə düzəlmir

Zulmətdə olanlar ,çıxa aləmdəki nurə
Baxdıqca ki, batdiğ qaraya, tövbə düzəlmir

Kamran!! itirib cümlə bəşər ,Sahibi Əsri
Fərd fərd nə qədər ki araya, tövbə düzəlmir.
17 viewsedited  22:06
Aç / Yorum Yap
2022-02-10 00:04:11
3 views21:04
Aç / Yorum Yap
2022-02-10 00:04:07 Olmaz dedigim hər ne olub meydana geldi
Allahı danan külli beşer imkana geldi
Allahı qoyub xidmət üçün şeytana geldi
Her kim ki seni gozduyub ey can cana geldi
Bes Əmri Xuda, Aliyi irfan niyə gəlmir?
Ol ətri behişt baği Gülüstan niye gəlmir?

Mövlam kimi her yerde qerib tenha qalibsan
Göylərdə bulud tek boşalıb hemde dolubsan
Allahə çatibsan, elə Allahə yanibsan
Qafildi çoxi, söyləmə insan, niye gəlmir?
Sen gel Ağacan, baxma ki ,karvan niye gəlmir?

Vardır ki ,çoxi Verdi canın Yar Huseyinçun
Bax gör nə qədər vardı cavanlar komeyincun
Lebbeyke ya Hüseyn şüarı var gelmeyinçun
Düşman boğulub vermirik imkan ,niye gəlmir?
Ol Mahi Vila Serveri Sultan niye gelmir?

Gözlərdə düşüb yolda qalıb gel Ağacan gəl
Gör bir nə qədər dost qocalıb gel Ağacan gəl
Bayrağlarımız dır ucalıb gel Ağacan gəl
Xidmətdədir əsgərlərin hər an ,niye gəlmir
Hər yerdə baş ustundədi ferman, niye gəlmir

Məzlumlar üçün gör nə qədər qanlı yaram var
Hikmetdi zəmin, hemde ki bir Ali nizam var
Dünyadə bizə yardım edən Ali İmam var
Az qaldı Zühur, tez gələ dovran, niye gəlmir!!!
Bəsdir bu qədər söylədi Kamran ,niyə gəlmir?!!
4 views21:04
Aç / Yorum Yap
2022-02-04 14:39:16
18 views11:39
Aç / Yorum Yap
2022-02-04 14:39:10 Yeni islam modeli
Dini islama vurur zərbə müsəlmanciligin
Deymiyir əslidə bir dərdə musəlmanciligin.

Həccin əhkamini duz eyliye bilmir həcidi
Birisi zəvvar aparmış özü bicdən bicidi
Hələ dərk eyliye bilmir ki balam bu nəçidi
Gahi kef icredi gah şərdə musəlmançiligin
Dini islama vurur zərbə müsəlmanciligin
Deymiyir əslidə bir dərdə musəlmanciligin.

Baxasan pişnamaz olmuş yıxır Allah evini
Bi şərəf satqın olubmuş sıxır Allah evini
Dədə abyekti di sanki, açır Allah evini
Baxmiyir Allaha həm fərdə musəlmanciligin
Dini islama vurur zərbə müsəlmanciligin
Deymiyir əslidə bir dərdə musəlmanciligin.

Gahi lal eylədilər Quranın ayetlerini
Gah yeni din modeli mədh elədi butlerini
Haqq deyen Məhbus olan ,qardaşımın ətlərini
Yeyərək qeybət edir ,nərdə? musəlmanciligin?
Dini islama vurur zərbə müsəlmanciligin
Deymiyir əslidə bir dərdə musəlmanciligin.

Sufi tək mədh eliyir sərf eliyir xidmət edir
Biri nur gormusub olub gah birisi həsrət edir
Beynini sanki yuyubsan lap adam nifrət edir
Baxıram ləzzət edir Qərbə musəlmanciligin
Dini islama vurur zərbə müsəlmanciligin
Deymiyir əslidə bir dərdə musəlmanciligin.

Gəl imam Gör necə alem dəyişib zülmət olub
Kimə din Şöhrət olub? kimlər üçün qeyrət olub
bucurə haqqı deməy Kamran ucun minnet olub
Ey şiyə örgen Əbuzərdə musəlmanciligin
Görünər hammiya məhşərdə musəlmanciligin
Deymiyir əslidə bir dərdə musəlmanciligin.
18 views11:39
Aç / Yorum Yap
2022-02-03 14:05:57
52 views11:05
Aç / Yorum Yap