Get Mystery Box with random crypto!

Şeir qəzəllər📜

Telgraf kanalının logosu seirler_ve_qezeller — Şeir qəzəllər📜 Ş
Telgraf kanalının logosu seirler_ve_qezeller — Şeir qəzəllər📜
Kanal adresi: @seirler_ve_qezeller
Kategoriler: Sanat
Dilim: Türk
aboneler: 380
Kanaldan açıklama

Şeirlər ve aəzəllərlə insanlara xidmət etmək,ve konullərinə oxşamaq.

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


En son Mesajlar 6

2021-07-03 11:23:41
10 views08:23
Aç / Yorum Yap
2021-07-03 11:23:29 Dedilər yandırar hicranın odi sevme ginən
Dedim aşiq yanar içdən buna neyləsin bədən
Dedilər ki bax cavansan nəyə lazım ki kəfən
Belə baxdım belə güldüm belə şəmsiz qaldim
Məni aldın belə getdin belə mənsiz qaldim

İndi avarə qalıb sənli olan keçmişimə
Belə zülm eyliyirem qalmışima olmuşumə
Bəddua söyləmirəm sencun əcəb məhvəşinə
Belə gücsüz belə saf bax belə Kinsiz qaldim
Məni aldın belə getdin belə mənsiz qaldım

Tökülüb üstümə şeytanlar edir mincurə səs
Deyir öldür özünü qalma bu dünyadə əbəs
Mənə Allahım edib ayə kəlimatını bəhs
Bilmirəm dözmək olar yoxsa ki dinsiz qaldım
Məni aldın belə getdin belə mənsiz qaldim

Kamranın ahina gəlmiş bu gecə əhli səmavat
Bu gecə başqa bir aləm bu gecə başqa həyat
Mən gedib aləmi gəzdim səni isə dəhridə yat
Belə dözdüm bu cefayə belə sənsiz qaldım
Şükür Ola Allahıma qəm ilə qəmsiz qaldim
10 viewsedited  08:23
Aç / Yorum Yap
2021-07-03 00:09:12
25 views21:09
Aç / Yorum Yap
2021-07-03 00:09:05 Özünü çəkmisən dağın başına
Qəlbinə vuruldum nə göz qaşina
Sən zəhər qatanda bu eşq aşina
Yedim bilərəkdən güldümdə hələ
Ucuz insanları sevmiyin belə

Baxmayın yazılan sözə saylara
İnanma ağlıyan gözə haylara
Atın balıq kimi axan çaylara
Verin cor çöp kimi çağliyan selə
Ucuz insanları sevmiyin belə

Mərd ürək sevgisin qorusun gərək
Səhra Dağ Nədiki onunçün ölək
Nəyinki Kamran tək bu eşqi söyək
Pis sözlər gəlməsin sevən hər dilə
Ucuz insanları sevmiyin belə

Sevin pak hisleri bir bülbül kimi
Saçın təbiətə ətir gül kimi
Yanın pərvanə tək olun kül kimi
Mələklə bu yolu gedin əl ələ
Ucuz insanları sevmiyin belə
25 views21:09
Aç / Yorum Yap
2021-06-29 18:11:22
22 views15:11
Aç / Yorum Yap
2021-06-29 18:11:14 - İnciyirem -
Min əsər var ,bir ahimda, yazılmayan əsər kimi
Hər kəs sevir ,sayqı duyur ,bircə mənəm küsər kimi
Dilim baldı şəkər kimi ,hərdən balta kəsər kimi
Kim çəkibdi ?kim dözubdü ?mən çəkdiyim dərd sər kimi
Hər gecələr yatır yuxum, heç gelmiyir də sən kimi
Heç kimnən yox ,öz içimdən, öz özümdən inciyirəm
Yalanlara dönüb hər şey ,mən düzümdən inciyirəm

Uşaq kimin inciyirəm
Bu küçədən bu yollardan
İnciyirəm bu həsrətdən ,bu islanmış yanaqlardan
İnciyirəm xəyallardan ,o anlardan ,uzaqlardan
Hər gün yanan alovlardan ,bu közlərdən inciyirem

Görmüyürmü bunu Allah, götürərmi bunu Allah
Adi sadə xəta kimi, oturərmi bunu Allah
Dərdi qəmim heç bitmiyir, bitirərmi bunu Allah?
Heç bilmirəm nə deyirəm bu sözlərdən inciyirəm

İnciyirem yavaş yavaş ,inciyirem həzin həzin
Nə Tufanlar qopardiram, nə qaya tək aşım, Əzim
Məhşər olar Görüşərik, indi biraz durum gezim
Hər üzünü gorub Kamran ,bu həyatin, ey əzizim
Hər üzündə biraz qaldım,bu üzlərdən inciyirem
Səhər açır ,yatmır gözüm ,bu gözlərdən inciyirəm
23 views15:11
Aç / Yorum Yap
2021-06-28 17:02:42

19 views14:02
Aç / Yorum Yap
2021-06-28 17:02:16
19 views14:02
Aç / Yorum Yap
2021-06-28 08:32:17
30 views05:32
Aç / Yorum Yap
2021-06-28 08:32:13 Bizi uşşaqilərin yurduna efsun eliyən
gətirib qəlbimizi xun eliyən Ya Əlidür
Həmi məhşərdə həmi dəhridə məmnun eliyən
Xəlq ara Xaliqinə aşiqi Məcnun eliyən ya Əlidur
Qəddini Tövhidi gerçəkdə əsil nun eliyən
Nəfsidə dəhrini ləhvun və lə'ibun eliyən Ya Əlidür

Nuri məhvəş həmi səyyarə kimi dövr eliyən
Düşmənin cəhlinə ol pərdələri şövq eliyən
Yandırıb Şəmidə pərvanələri cövr eliyən
Allahın eşqinə Arifləri Məftun eliyən Ya əlidur

Nəhyi əz münkəri ruhunda belə nəqş eliyən
Ərşi Əla ilə fərşin yollunu bəxş eliyən
Kamranın ruhuna Beş kimseleri nəxş eliyən
Elmi aşkar eliyən həmdə ki Məknun eliyən Ya Əlidur.
29 views05:32
Aç / Yorum Yap