Get Mystery Box with random crypto!

Bu gün 28 May Azərbaycanın Müstəqillik Günüdür. Beynəlxalq Tür | Turkic academy

Bu gün 28 May Azərbaycanın Müstəqillik Günüdür.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli qardaş ölkənin əlamətdar günü münasibətilə təbriklərini çatdırıb.
"28 May Müstəqillik Günü münasibətilə Beynəlxalq Türk Akademiyası və şəxsən öz adımdan qardaş Azərbaycan xalqını təbrik edirəm.
104 il əvvəl qazanılan istiqlal bütün türk-müsəlman aləmində milli azadlıq düşüncəsinin və dövlətçilik ideyalarının bayraqdarı oldu, xalqlarımızın tarixində silinməz iz buraxdı.
İndi bütün Türk dünyası qardaş Azərbaycanın Müstəqillik Gününü böyük sevinclə qeyd edir.
Böyük qəhrəmanlıq göstərərək ərazi bütövlüyünü təmin edən, müstəqillik yolunda əmin addımlarla irəliləyən Azərbaycan dövlətini və xalqını ürəkdən təbrik edir, sülh, inkişaf və rifah arzulayıram!"
https://twesco.org/post/1012