Get Mystery Box with random crypto!

Fernweh💜

Telgraf kanalının logosu hesretqaldim — Fernweh💜 F
Telgraf kanalının logosu hesretqaldim — Fernweh💜
Kanal adresi: @hesretqaldim
Kategoriler: Kategorize edilmemiş
Dilim: Türk
aboneler: 1.01K
Kanaldan açıklama

Fernweh💜
Sözləri düz olsa fərq eləməz, onun gözləri onsuz da yalan deyir)✨
Reklam və işbirliyi: @the_quiens
@iamtheleda

Ratings & Reviews

2.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

1


En son Mesajlar 2

2022-06-19 19:19:20
Gözəl bir sevgi hekayəmiz olsun istəmişdim. Heç getmə, heç gedə bilməyim səndən qırağa, səndən başqasına. İncə-incə, sakitcə sevim gözlərini, sakitcə sığalla saçlarımı. Sirrimiz olsun, sadəcə biz bilək məsələn. Amma iki nəfərin bildiyi sirlərdən olmasın, biz ikimiz bir nəfər olaq, təkliyin sirri olsun bu. Sonra sarılaq son dəfə. Bu son sarılmamız olsun, amma ayrılmamaq şərti ilə. Sonra sonsuzadək qalım başım sinəndə, başın çiynimdə. Sarılaraq alaq nəfəsi, sarılaraq yaşayaq. Və sonra sarılaraq girək məzara. Birliktə...
109 viewsLavini , 16:19
Aç / Yorum Yap
2022-06-10 21:28:42
Biraz hüzur, sadəcə biraz. Biraz sən. Başqa da heç kim.
Gəl gəzək bu şəhəri, sanki başqa heç kim yoxmuş kimi. Qaçaraq fırlanaq bütün bu yolları. Yenə eyni küçədə sarıl mənə. Yenə eyni yerdə deyim sevdiyimi. Yenə eyni gülən gözlərlə bax məsələn. Gəl yenə birliktə çalaq pianonu. Notları bilmədən, öyrənmədən, sadəcə əylənərək. Sadəcə biz olaq. Biz həqiqətən biz olaq
68 viewsLavini , 18:28
Aç / Yorum Yap
2022-06-02 17:52:02
Gidelim buradan… Göğsünü sıkan, içini daraltan o laneti geride bırakıp gidelim. Burada yağmur bile güzel yağmıyor artık. Yağmuru güzel yağan bir yerlere gidelim.
Yeterki sen ol, geliyorum seninle her yere
143 viewsLavini , 14:52
Aç / Yorum Yap
2022-05-14 18:30:20
Səssiz sədasız gedirəm. Yenə eyni gün, yenə eyni tarix. Yenə xatırlayıram. Yenə unuduram. Belə...
150 viewsLavini , 15:30
Aç / Yorum Yap
2022-05-05 17:51:06
Zamanla. Hər şey zamanla. Zamanla ən acı xatirələrin yerini doldurur xoşbəxtlik. Gecə bitir, günəş çıxır. Zamanla açılır bütün çiçəklər baxcada. Qar əriyir, yamyaşıl olur hər yer. Zamanla sağalır hər yara. Və bəlkə də o acıları unutduran da, o yaranı saran da elə o yaradan bir parça olacaq)
205 viewsLavini , 14:51
Aç / Yorum Yap
2022-04-29 23:01:37
18... Azadlıq yaşı deyirlər. Artıq özünü tanımağa başladığın, özünü kəşf etdiyin, öz qərarlarını verə bildiyin o yaş. Əslində sadədir. Sadəcə 1 rəqəm dəyişir. Amma qəribədir ki azadlıq hissi doğur insana anidən.

Hər yaşımdan uğur istəmişdim. 17 gətirdi diləyimi. İndi xoşbəxtlik diləyirəm. Elə bir xoşbəxtlik ki, bundan sonra 30.04 tarixində bunu diləməmə ehtiyac qalmayacaq qədər. Elə bir xoşbəxtlik ki, yazmaqda olduğum kitabın hər səhifəsindəki qədər. Hüzur dolu, nəfəs dolu bir xoşbəxtlik...

Mən yazaram. Ya da yazar olacam. Bəlkə də bu xəyal olaraq qalacaq, yazar filan olmayacam. Yenə də mən istəyirəm ki, bir gün geriyə qalan mirasım olsun yazdığım kitablar. Bir gün bir kitab rəfində bir kitaba dəysin gözlər. "Aa, Leylanın yeni kitabıdır bu" deyilsin istəyirəm.

Sevgili 18. Səndən sözlər istəyirəm. Ruha toxunan, paslanmayan sözlər. Özümü tanıtmaq üçün, danışa bilmək, hüzur tapmaq üçün. Öz xoşbəxtliyimi yazmaq, yaratmaq üçün. Çünki mən, yazacam, duyğulardan bir okean yaradacam.

Sizlə bölüşmək istədim.
659 viewsLavini , 20:01
Aç / Yorum Yap
2022-04-21 18:17:57 Gəlməmək üzrə dediyimə baxmayın, mən bu kanal olmadan yapamam) arada gələr baş çəkərəm sizə ehehe seviyorum sizi
1.1K viewsLavini , 15:17
Aç / Yorum Yap
2022-04-20 23:01:37
21.04
Nə çox xatirə var bu kanalda. 2ildir ki kocaman bir ailə topladım özümə. Və indi gedirəm) gəldiyim gün gedirəm. Həyatınızda xırda da olsa iz qoydumsa fikirlərimlə, sevdirdimsə özümü səmimiyyətimlə nə xoş mənə. Sizi tanımaq xoş oldu, guys. Yaxşıkimsiz
Gedirəm. Son dəfə. Və birdə gəlməmək üzrə. Əlvida:)

Kanal bir xatirə kimi qalsın əbədi,
Bəlkə arada yad edərik keçmişi
1.2K viewsLavini , 20:01
Aç / Yorum Yap
2022-04-19 20:01:38
Yürüsek mi seninle, adını bilmediğimiz yollarda,kimsenin kimsesi olmadığı şehirlerde hatta bir deniz kenarında sendeleyen adımlarımizın ritim sesleriyle yürüsek, ellerin çarpsa üşüyen ellerime biz aldırmadan yürüsek saatlerce...
1.0K viewsLavini , 17:01
Aç / Yorum Yap
2022-04-19 13:30:14
Çoxx gözəldilərr
987 viewsLavini , 10:30
Aç / Yorum Yap