Get Mystery Box with random crypto!

Salam, Dostlar! Ümid edirəm ki, yaxşısınız və bildiriş səsi | Aynr Hashim

Salam, Dostlar! Ümid edirəm ki, yaxşısınız və bildiriş səsi Sizi narahat etmədi Bəzi məlumatları səhərə saxlamaq istəmədiyim üçün elə indi paylaşmaq qərarı aldım. Vaxt ötürmədən elə həmin məlumatla başlayıram


Cannes Lions tərəfindən təşkil olunan "International Festival of Creativity" bu il 22-26 iyun aralığında online və ödənişsiz baş tutacaq.
Ətraflı məlumat və qeydiyyat üçün: https://lnkd.in/ekaFWrD


Whatsapp Braziliyada yaşayan istifadəçilər üçün “rəqəmsal ödənişlər” sistemini artıq aktiv edib. Bu sistem vasitəsi ilə istifadəçilər app üzərindən alış-veriş edə və bir-birinə pul köçürə bilərlər. Bu barədə bir müddət əvvəl başqa yazı da yazmışdım. Hindistanda Whatsapp vasitəsi ilə köçürmələr etmək və kredit götürmək mümkündür.


Instagram məlum hadisələr aktuallaşan gündən indiyədək kiçik sahibkarlara dəstək olmaq üçün bir çox fərqli və faydalı addım atdı. Bunlardan biri də yeni aktiv edilən funksiya oldu. Artıq Türkiyədə də yavaş-yavaş aktivləşən bu funksiya ilə insanlar instagram vasitəsi ilə yemək sifariş verə biləcək.


Google-dan Pinterest-ə rəqib gəldi. Adı ilə böyüyəcəyini gözlədiyimiz bu rəqibin adını Dədəm Qorqud "Keen" qoyub. Eyni Pinterest-də olduğu kimi burada da fotolar ön plandadır və artıq android istifadəçiləri üçün app əlçatandır. iOS istifadəçiləri isə komputer vasitəsi ilə sayta keçid edə bilər. Mən baxdım, bəyəndim. Görək nə qədər aktuallaşa biləcək, iOS istifadəçiləri üçün nə vaxt gələcək, nələr olacaq.


Sibirdə hava istiliyi ilk dəfə 37 dərəcəyə qədər yüksəlib və rekord qırıb. Bundan bir neçə həftə öncə rekord 26 dərəcə olmuşdu. Bu arada, belə istiliyi 2100-ci il üçün gözlədiklərini və 80 il əvvəl gəldiyini də bildiriblər. Təbii ki, bu da öz növbəsində insanı təşvişə salan vəziyyətlərdən biridir. Ümumiyyətlə, covid-19 da daxil, təbiətdən gələn şeylərə qarşı nə qədər çarəsiz olduğumuzu görəndə, insan bütün həyatı sorğulamağa başlayır



Instagram-da səhifənizi təbii olaraq böyütmək istəyirsinizsə, mütləq bunları edin:

Postları paylaşmaq üçün plan hazırlayın
Faydalı kontent yaratmağa çalışın
Mütləq öz tərziniz və danışıq diliniz olsun
Qısa və insanların başa düşəcəyi dildə danışmağa çalışın
İzləyicilərinizin istəklərini qarşılamağa çalışın
İzləyicilərinizlə ünsiyyət qurun və bunu daim saxlayın
Sizə maraqlı olan səhifələrdə aktiv olmağa, şərh yazmağa çalışın(dost-tanış profili də ola bilər)
Instagram-ın təklif etdiyi bir çox funksiyadan faydalanmağa çalışın



İngilis dili öyrənərkən Sizə kömək olacaq 7 online lüğət (app & web):

1) dictionary.cambridge.org
2) Dictionary.com
3) Merriam Webster
4) Macmillan English Dictionary
5) Collins Online Dictionary
6) Longman Dictionary
7) Tureng (Türkcə)