Get Mystery Box with random crypto!

Dostlar, a dostlar! Hər birinizi bir-bir salamlayıram Ümid | Aynr Hashim

Dostlar, a dostlar! Hər birinizi bir-bir salamlayıram Ümid edirəm ki, kefiniz əladır

Bildiyiniz və gördüyünüz kimi uzun müddətdir burada və demək olar ki, digər sosial şəbəkələrdə aktiv deyildim. Düzü, bu barədə yazıb Sizi xəbərdar etmək istəyirdim, ancaq daha sonra qayıdanda yazaram deyə qərar verdim. Aktiv paylaşım etməmək üçün bir neçə haqqlı səbəbim və ya bəhanələrim var

Beləki, ümumi olaraq əhvalım o qədər də əla deyildi. Gündəm və son beş ay bir çoxunuz kimi məni də yormuşdu. Özüm əla olmasam Sizə əla olun demək, yaxşı enerji ötürmək alınmayacaqdı. Yalandan burada hər şeyi yaxşı kimi göstərə də bilməzdim. Necəyəmsə elə də enerji ötürəcəkdim. Belə olan halda isə həm paylaşımlarda bu həvəssizlik hiss ediləcəkdi, həm də Sizə yaxşı enerji ötürməmiş olacaqdım. Bir müddət özümə çəkilib bu dövrü sakit keçirməyə qərar verdim. Daha sonra isə bu dövrü dəyərləndirib, özüm və gələcək qərarlarımla bağlı planlar qurdum.Artıq bir müddətdir ki, geri qayıtmaq və həftədə bir neçə dəfə paylaşım etmək qərarı vermişəm

Həm niyə paylaşım etmədiyim barədə Sizi məlumatlandırmaq, həm də artıq həftədə bir neçə dəfə paylaşım edəcəyimiz barədə Sizi xəbərdar etmək üçün bu səssizliyi pozmağa qərar verdim


Bura qədər gəlmişkən, günün məlumatlarını da elə bu gün paylaşacağımı bildirim

Hal-hazırda burada olduğum və bunları yazdığım üçün xoşbəxtəm Ümid edirəm, aramızda olanlar da bu yazını görüb sevinir Burada olduğunuz və mənimlə qaldığınız üçün minnətdaram