Get Mystery Box with random crypto!

Dostlar, salam. Ümid edirəm ki, hər biriniz sağ-salamatsınız v | Aynr Hashim

Dostlar, salam. Ümid edirəm ki, hər biriniz sağ-salamatsınız və bu çətin günləri ən az travma ilə keçirirsiniz.


Bu çətin günləri ən yaxşı hansı formada keçirdə bilərik bilmirəm, amma hamımızın necə bir yumruq ola bildiyini görürəm. Məktəb vaxtı həmişə öz sinfimizin birlik ola bilmədiyini, digər siniflərin isə bir araya gələ bildiyini, sözü bütöv olduğunu deyirdik. Son günlərə qədər özümüzü xalq olaraq da bizdən başqa bütün millətlərin daha yaxşı birlik olduğuna inandırmışdıq. İndi isə necə birlik olduğumuzu gördük.

Ümid edirəm ki, bu birliyimiz davam edəcək və biz bu qalibi olmayacaq, itkilərin evlərə atəş saldığı müharibədən ən azından "müharibə ölkəsi" statusumuzu itirərək çıxacağıq.

"Müharibə itkisiz olmur, daha az itki ilə sonlansın" dedikdə belə içim sızlayır. "Daha az" dedikdə kimlərin ölməsinə göz yumuruq bilmirəm, amma indiki vəziyyətdə reallıqdan da qaçmaq olmur.

Ümid edirəm ki, hər şeyin daha gözəl olduğu günlərdə yenə burada hamımız birlikdə olacağıq. O günə qədər isə Twitter hesabı açıb, hər birinizi orada aktiv olmağa çağırıram. Bu indiki halda əlimizdən gələn ən sadə amma faydalı olacağına inandığım şeylərdəndir. Məni əlavə edin ki, Sizi görüm və əlavə edim(twitter.com/AynrHashim)

Təkrar burada görüşəcəyimiz günə qədəe özünüzə və doğmalarınıza yaxşı baxın. Hər birinizi tək-tək qucax(q)layıram. Möhkəm olun!