Get Mystery Box with random crypto!

Uzun müddət sonra ilk məlumat paylaşımı ilə qarşınızdayam | Aynr Hashim

Uzun müddət sonra ilk məlumat paylaşımı ilə qarşınızdayam

Mark qardaşımız Snapchat-ı yıxdı, indi də TikTok-a keçdi Bir neçə gün öncə instagram "Reels" funksiyasını istifadəçilərə təqdim etdi və dünyanın bir çox yerində bu funksiya aktivləşdi. TikTok isə mövzuya fikrini Twitter-da instagramın paylaşımını retivit edərək "well... this looks familiar" sözləri ilə ifadə etdi

TikTok saydığını saysın, Mark da ilk dəfə 100 milyardı ötən sərvətini saysın. Təbii ki, bunu saymaq mümkündürsə Mark-ın xalis sərvətinin 100 milyard dolları keçməsi "Reels" təqdim edildikdən sonra baş tutub.


Bəs bu yaxın qonşularımızda aktivləşən, bizdə hələki aktivləşməyən "Instagram Reels" nədir?
İstifadəçilərə eyni TikTok-da olduğu kimi 15 saniyəlik qısa videoları yükləməyə imkan verən məzmun formatıdır. İstifadəçilər yüklədikləri 15 saniyəlik videolarda Instagram Music vasitəsilə mahnılar əlavə edə bilərlər.

Bu arada, Microsoft şirkəti TikTok-la danışıqlara başlayıb və bir müddətdir ki, onu almaq barədə düşünür. Görək bu işlərin axırı necə olacaq


Twitter-ın Trump-ın paylaşımlarını silməsi, xəbərdarlıq etdikdən sonra istifadəçilərə əlçatan etməsi barədə məlumatınız var. Facebook və instagram isə indiyədək bu cür mövzulardan yayınıb və Mark bir neçə dəfə "siyasətə qarışmıram" kimi çıxışlar edib.

Ancaq axır ki, haqqın yoluna gəlib və siyasətə qarışaraq Trump-ın paylaşımını ilk dəfə facebook-dan silib. Səbəb isə Trump-ın COVID-19 xəstəliyi ilə əlaqəli etdiyi açıqlama olub. Facebook-un mövzuyla əlaqəli əməkdaşları bildirir ki, "Trump yaxşı eliyir, amma düz eləmir. O bir çox səhvə yol verib. Ona görə də belə paylaşımı yayınlaya bilməzdik". Nə deyək, davamı gəlsin


Twitter dövlət qurumlarının rəsmi hesablarına xüsusi etiketlər gətirir. Yenilənmədən sonra istifadəçilər bu etiketlərin köməyi elə belə hesabları digərlərindən rahatlıqla fərqləndirə biləcəklər. Bu özəlliyin yaxın günlərdə Çin, ABŞ, Böyük Britaniya, Rusiya və Fransa-da aktivləşəcəyi bildirilir. İlərləyən müddətdə isə bir çox başqa ölkələrdə də yavaş-yavaş aktivləşməyə başlayacaq.

Twitter-ın digər maraq çəkən yeni qərarı isə dövlət media orqanlarının artıq tövsiyə edilən səhifələr arasında göstərilməyəcək olmasıdır. Bu qərar isə böyük sosial platformalar arasında bir ilk olmağı bacarıb.


Telegram bir müddət əvvəl yenilənmə etdi və bir çox təzə funksiyalarını təqdim etdi. Bunlardan ən gözəli isə şübhəsiz və şəksiz ki, istifadə etdiyiniz cihazdan asılı olmayaraq, 2 GB-dək faylları limitsiz olaraq göndərə bilməyimizdir.

Telegram bununla normal hallarda, iri həcmli faylları göndərmək üçün istifadə etdiyimiz wetransfer-ə salam göndərmiş oldu. Bu arada, yenilənmədən sonra video zəng funksiyası da iOS istifadəçiləri üçün test rejimi ilə aktiv olub.


WhatsApp da yeniliklər edir. Bu yenilik isə bir müddət əvvəl Twitter-da köhnə tvitlərin silinməsinə oxşardır. Bir çoxlarının gözlədiyi yenilik köhnə mesajların avtomatik silinməsidir. "Vaxtı keçmiş mesajlar" adlanan bu xüsusiyyət ilə 1 həftədən əvvəl gələn mesajlar avtomatik olaraq silinə bilər.

Bu arada, artıq WhatsApp android əməliyyat sistemlərində bu yeni funksiyanı sınamağa başlayıb.


Nəzərinizə çatdırım ki, paylaşımlar hər gün olmayacaq, amma ehtimal ki, həftədə bir neçə dəfə görüşəcəyik. Həmin müddətə qədər özünüzə yaxşı baxın, sağlamlığınızı qoruyun. Hamınızı qucax(q)layıram