Get Mystery Box with random crypto!

Dostlar, düz 70 gün sonra təkrar salam. Ümid edirəm, bu yaz | Aynr Hashim

Dostlar, düz 70 gün sonra təkrar salam. Ümid edirəm, bu yazımla həm bu bu müddətdəki boşluğu dolduracam, həm də boşluğa nəyin səbəb olduğunu izah edə biləcəm


Uzun müddətdir ki, ölkənin, həmçinin dünyanın gündəmi məni yorur və hər şeydən uzaq qalmağa çalışıram ancaq indiki yazımda nəyə görə burada aktiv olmadığımı sizinlə bölüşmək istəyirəm. Bununla yanaşı, bildirim ki, bu yazıda son günlərin aktual mövzusu olan feminizmə də toxunacam.


Buradakı aktivliyi kəsdiyim gündən sonra keçən il 3 ay ölkədən kənarda oldum və Türkiyənin Ege-Akdeniz bölgələrini, Kapadokiyanı və Balkan ölkələrini gəzdim(Bu baradə faydalı ola biləcəyini düşündüyüm təcrübələrimi instagram hesabımdan paylaşıram – https://www.instagram.com/aynrhashim/ ). Sonra Yeni İli ailəmlə qeyd etmək üçün ölkəyə qayıtdım. Qəribə şey var – artıq ikinci dəfədir ki, ölkəyə qayıdanda tutarlı səbəbim olsa və xoşbəxt halda qayıtsam belə elə havalimanında (sərhəddə) peşman oluram.

Səbəb bəsitdir – görmək istəmədiyim şeyləri yaşamaq. Düşüncələr, ədalətsizliklər, haqqsızlıqlar məni incidir. Düzdür, dünyanın hər yerində bunlara rast gəlmək olar ancaq insan öz ölkəsində belə şeylər yaşayanda və ya yaşayan insanları görəndə daha çox incinir.

Peşmanlığımı da yanıma alıb Bakının səs-küyündən uzaq rayonumuza gəldim. Hələ də inanmayanların olduğu virusa yoluxdum(rayonda tibb əməkdaşlarının da əksəri bu virusa inanmır ), üstünə də ayağımı sındırdım(gipsin açılmasına 2 həftə qalıb, virusu isə yüngül keçirdim və hal-hazırda yaxşıyam) və düzü, burada nələrsə paylaşmaq istəsəm belə, bu yetərli olmadı.

İndi isə qaldığımız yerdən davam etməyə qərar verdim. Bu qərarı verməyə ilk növbədə intahar xəbərləri, daha sonra isə feminizmlə bağlı olan fikirlər, sosial şəbəkədəki şərhlər səbəb oldu. Birdə belə bir şey var ki, kiməsə yaxşı təsir edəndə, bu özümə də məlhəm kimi gəlir. Yəni, hər şey kimi buradakı aktivliyin də bir hissəsi özümə yaxşı gəlmək üçündür.


Yazının əvvəlində qeyd etdiyim feminizm sözünü görəndə ilk nə hiss keçirdiniz bilmirəm amma bu mənə maraqlı gəlir.

Ümumiyyətlə, mənim adlandırmalardan bir o qədər də xoşum gəlmir, bu hər nə qədər vacib olsa da isimləşəndə insanların beyninə fərqli qəliblə daxil olduğunu(və ya ola bilmədiyini) görürəm. Əgər feminizmə əlaqəli sərt mövqeyiniz varsa və zidd düşüncələrə qarşı önyarğılı olub "mən beləyəm", "məndə belədir" deyirsinizsə, artıq bu yazının sonrası sizin üçün sadəcə söz yığını olacaq.

Sözlər sadəcə onları düşünüb araşdırdığınız zaman bizim üçün əhəmiyyətli rol oynayır.


Feminizm qadınların eyni kişilərdə olduğu kimi sosial, siyasi, mədəni və iqtisadi olaraq bərabərliyi müdafiə edən ictimai-siyasi hərakatdır.

Düşünülənin əksinə, feminizm anlayışını müdafiə edənlər kişilərin düşməni deyil. Həmçinin, feminizm qadınların kişilərdən daha çox üstün olmasını istəmir – sadəcə onların olan öz haqqlarını tələb edir və bərabərlik istəyirlər. Və ən əsası, feministlər sadəcə qadınlar deyil, həmçinin insan haqqlarını bilən, empatiya quran və müəyyən dünya görüşə sahib kişilərdir.
Biz hamımız bu ölkədə doğulmuşuq və ya ömrümüzün böyük qismini burada keçirmişik. Bizi birləşdirən dil, coğrafiya və müəyyən düşüncələr var.

Qadınlığın təhqir olduğu, qadınların əzildiyi, kişiliyin bütləşdiyi, kişilərin insani hisslərdən uzaqlaşdırıldığı(emosional olmaq, ağlamaq və.s) bu cəmiyyətdə hər birimizin travmalı uşaqlığı olub və bu uşaqlar indi böyüyüb. Biz böyüyən uşaqlar olaraq, həm özümüz, həm də gələcək nəsillər üçün fərqində olmağı, düşüncələrin kökünə getməyi və bu zinciri qırmağı bacarmalıyıq.

Bu barədə uzun-uzun danışmaq olar ancaq mən sizi fərqli coğrafiyada eyni problemləri yaşayan və feminizmi çox gözəl ifadə edən yazar Chimamanda Ngozi Adichie (adını oxumadınız ha ) 30 dəqiqəlik axıcı nitqi ilə baş-başa qoyuram.

https://www.ted.com/talks/chimamanda_ngozi_adichie_we_should_all_be_feminists?utm_campaign=tedspread&utm_medium=referral&utm_source=tedcomshare

(video ingilis dilindədir amma türk(rus) dilində altyazıları mövcuddur)