Get Mystery Box with random crypto!

Dostlar, a dostlar, Salam. Ümid edirəm ki, yaxşısınız Dediyi | Aynr Hashim

Dostlar, a dostlar, Salam. Ümid edirəm ki, yaxşısınız Dediyim kimi kanalı aktiv etmişəm və faydalı məlumatları davamlı olaraq paylaşmağa çalışacam. Düzdür, hər gün paylaşım edə bilməyəcəm amma həftədə azı 3 dəfə etməyə çalışacam. Elə isə başlayaq


Bu Mark dəhşətdir də imkan vermir ki, kimsə evinə çörək aparsın. İndi də Clubhouse-un bazarını öldürür. Təəccübləndikmi? Yoxxx!
Beləki, Instagram yeni Canlı Otaqlar xüsusiyyəti ilə əvvəlkindən fərqli olaraq, eyni vaxtda iki deyil, dörd nəfərin canlı yayıma qoşulmasına imkan verəcək.

Təbii ki, ClubHouse ilə Instagram bir-birindən fərqlənir. Məsələn, Clubhouse-a hər deyən adam daxil ola bilmir. Məsələn, iOS dəstəkləyən cihazı olmayanlar, dəvəti olmayan və mənim kimi hər ikisi olmasına baxmayaraq, iOS-u update etməyənlər. Bununla yanaşı, özünü vizual olaraq göstərmək istəyənlərə Clubhouse bir o qədər də çəkici gəlməyə bilər, çünki burada əsas məsələ danışıqlardır. Elə bu hissədə işin içinə instagram daxil olur çünki onun ən yaxşı etdiyi şey də elə budur – görüntü və vizuallıq. Kamera qarşısında olmaq istəyənlərin seçimi də bir çox halda instagram olur.
Bu arada, android istifadəçiləri darıxmasın, Clubhouse-un qurucusu Paul Davidson yaxın müddətdə onların da platformaya qoşula biləcəyini bildirib.



Instagram və facebook-un mağaza özəlliyi indi də TikTok-a gəlir. Instagram-ın bu mövzudakı uğurlarını görən Twitter və TikTok hazırlıqlara start verib.
TikTok bildirib ki, burada məşhur olan şəxslər paylaşımlara link yerləşdirərək satış edə biləcək. Təbii ki, onlar da bundan komissiya alacaq. Eyni instagram-da olduğu kimi burada da vitrinlər olacaq. Bununla yanaşı, canlı yayında da satışlar edə biləcəklə. Son olaraq, Shopify başda olmaqla bir çox e-ticarət şirkətləri ilə əməkdaşlıq danışıqlarına başlayıb.


Söhbət TikTok-dan açılmışkən Pakistanda TikTok Ali Məhkəmə tərəfindən əxlaqsızlıq səbəbi ilə qadağan edilib. Bu arada, ötən aylarda Hindistanda da TikTok qadağan edilmişdi.
TikTok haqqında bir yaxşı məlumat paylaşanda, bir pis məlumat paylaşmasam elə bilirəm nələrsə qaydasında deyil.



Yunanıstan "Tək istədiyiniz şey Yunanistandır" sloqanıyla 2021 turizm sezonunu 14 Maydan etibarən açacağını planladığını bildirib. Urrraaa, sağ əli bütün ölkələrin başına. Bildiriblər ki, Yunanıstana koronavirüs peyvəndi olanlar və ya Covid testi neqativ çıxanlar gələ biləcək.
Bu arada, səyahət etməyi düşünənlər hansı ölkəyə gedə biləcəyini və şərtləri buradan öyrənə bilər – https://edition.cnn.com/travel/article/us-international-travel-covid-19/index.html



Gündəlik həyatımızda əlimizdən tutacaq və işləri asanlaşdıracaq 5 tətbiqi sizinlə paylaşıram:

1) MyFitnessPal – İdman zallarının hələ də açılmadığını nəzərə alsaq bu tətbiqi yükləməyin və istifadə etməyin əsl zamanıdır. Təbii ki, əvvəlində bir az istək də lazımdır Tətbiqi yükləyib həm içindəki idman listlərindən faydalana, həm nə qədər kalori itirdiyinizə nəzarət edə, həm də sağlam qidalanma tövsiyələrinə göz gəzdirə bilərsiniz.

2) Epicurious – "Nə bişirim, eyni şeyləri bişirməkdən bezmişəm" deyənlər üçün ideal tətbiqdir. Soyuducudakı inqridentləri tətbiqdə seçirsiniz və əvəzində bir neçə reseptə sahib olursunuz. Ondan sonra isə dadlı və fərqli yeməklərlə özünüzü sevindirirsiniz.

3) LastPass – Nəzərə alsaq ki, əksər sosial şəbəkələrdə hesabımız var və bunların şifrəsini yadda saxlamaq çətin məsələdir. Elə bu hissədə sizə bütün şiftələrinizi, login məlumatlarınızı, bank kartı kodlarınızı saxlayacaq bu parol meneceri tətbiqi kömək olacaq. Tətbiqin sloqanı da qəşəngdir – “Xatırlamalı olduğunuz tək şifrə”

4) Monefy – Bu tətbiqi yükləyirsiniz və pulunuzu xərclədikcə kateqoriyalara uyğun olaraq qeyd edirsiniz. Ay sonu isə nəyə nə qədər pul xərcədiyinizə baxırsınız və artıq xərclərinizə daha ağıllı formada nəzarət edə bilirsiniz.

5) Moovit – Səyahətlərdə işinizə yarayacaq əla tətbiqdir. 20 ölkədə, 750 şəhərdə avtobus, qatar və metro kimi ictimai nəqliyyat vasitələrinin saatlarını, marşrut xətlərini göstərən tətbiqdir.