Get Mystery Box with random crypto!

Alman modifikasiya şirkəti TechArt, 640 at gücündə olan Porsch | Car Lifestyle Baku⚙️

Alman modifikasiya şirkəti TechArt, 640 at gücündə olan Porsche 911 Turbo S üzərində hazırladığı yeni avtomobilini təqdim edib. Şirkət "TechArt GTstreet R" adlandırdığı bu modifikasiyalı modeli 700 və 800 at gücünə sahib iki fərqli versiyada təqdim edəcəyini açıqlayıb. 800 at gücündə olan versiyanın 950 Nm’lik bir fırlanma anı göstəricisi var.

Avtomobilin bu gücü və fırlanma anı artımı təkmilləşdirilmiş turboşarj qurğuları və eqzoz sistemi, eləcə də proqram təminatı (ECU) dəyişiklikləri sayəsində mümkün olub. TechArt şirkəti avtomobilin sürətlənmə dəyərini göstərmir, lakin maksimum sürətinin 350 km / saat olduğu bildirilir. Bu, avtomobilin standart dəyərindən təxminən 20 km/s çoxdur.
Avtomobilin mühərrik və performans təkmilləşdirmələrinə əlavə olaraq TechArt, iki ədəd inkişaf etdirilmiş asqı sistemi təklif etdiyini də açıqlayıb.

Ətraflı: https://www.instagram.com/p/CQdJ_hSrsD5/?utm_medium=copy_link