Get Mystery Box with random crypto!

Stellantis, Alfa Romeo’nu yenidən diriltmək üçün vacib addımla | Car Lifestyle Baku⚙️

Stellantis, Alfa Romeo’nu yenidən diriltmək üçün vacib addımlar atmağa davam edir. Daha öncə markanın rəhbərliyinə sektorun təcrübəli adlardan biri olan Jean-Philippe Imparato'nu gətirən şirkət indi də yeni dizayn rəhbəri təyin edib.

Volkswagen’in törəmə şirkəti SEAT’ın istehsal etdiyi məşhur modellərin əksəriyyətindən məsul olan Alejandro Mesonero-Romanos artıq Alfa Romeo’da işə başlayacaq. Mesonero-Romanos Alfa'nın dizayn müdiri olacaq.

Qeyd edək ki, Mesonero-Romanos, SEAT’a qatılmazdan əvvəl ikinci nəsil Renault Lagunanın dizaynında əsas rol oynamışdı. Alfa-Romeo’ya görə, "öz üslubu ilə markaya bir intibah dövrü gətirən" Mesonero-Romanos, SEAT’a 2011’ci ildə qatıldı. Son illərdə Cupra Tavascan və Formentor kimi önəmli modellərin altına imza atan yeni menecer, son ilini isə Dacia'da keçirdi.