Get Mystery Box with random crypto!

Cəmi iki ədəd istehsal edilən (başqa bir versiyaya görə - üç) | Car Lifestyle Baku⚙️

Cəmi iki ədəd istehsal edilən (başqa bir versiyaya görə - üç) avtomobilin biri 25 iyun tarixində hərraca çıxarılıb. Dörd gündən sonra, kabriolet onun üçün çox böyük məbləği ödəməyə hazır olan yeni sahibini tapıb.

Duesenberg şirkəti 1913’cü ildə ABŞ’ın İndiana ştatında yaradılmışdı və yalnız lüks və yarış avtomobillərinin istehsalı üzrə ixtisaslaşmışdı. Duesenberg qardaşlarının avtomobilləri əsasən əl ilə yığıldığından alıcılar tərəfindən yüksək qiymətləndirilirdilər.
1921’ci ildə Duesenberg avtomobili hətta Fransa Qran Prisini də qazanmışdı. Yarışdakı müvəffəqiyyət yeni sərmayədarları cəlb emiş və markanın nüfuzunu artırmışdı. Bundan sonra, marka böyük sürətlə populyarlaşmağa başlamış və yalnız Amerika bazarını deyil, Avropa bazarını da fəth etmişdi.

Ətraflı: https://www.instagram.com/p/CQ24RRDr9xl/?utm_medium=copy_link