Get Mystery Box with random crypto!

Maybach, AMG və G-Series Mercedes-Benz’dən ayrılır. MercedesB | Car Lifestyle Baku⚙️

Maybach, AMG və G-Series Mercedes-Benz’dən ayrılır.

MercedesBenz'in ana markası olan Daimler AG, gələcəklə bağlı önəmli bir qərar alıb. İstehsalçı; AMG, Maybach və G-Series modellərini tək bir marka altında cəmləşdirəcəyini rəsmən açıqlayıb. Bu yeni markanı isə sentyabr ayında keçiriləcək olan Münhen Avto Şou'sunda görə biləcəyik.

Daimler CEO'su Ola Kallenius, bu qərarın mənfəət marjını artırmaq üçün bir həmlə olduğunu ifadə edib. Daimler bu modelləri bir marka altında toplayaraq həm xərcləri azaldacaq, həm də satışların yüksəlməsinə şərait yaradacaq. Bəhsi keçən yeni qrupu isə AMG'nin rəhbəri Philipp Schiemer'ın idarə edəcəyi gözlənilir. 

Automotive News Europe'un xəbərinə görə bu yeni qrupda Mercedes'in performans qanadı AMG, Rolls-Royce və Bentley'ə rəqib olan Maybach və ən ikonik məhsullarından olan G-Seriyası modelləri yer alacaq.

Ətraflı: https://www.instagram.com/p/CQ6oWGpL6Iz/?utm_medium=copy_link