Get Mystery Box with random crypto!

İlk versiyası 1999’cu ildə təqdim olunan Black Vermilion paket | Car Lifestyle Baku⚙️

İlk versiyası 1999’cu ildə təqdim olunan Black Vermilion paketi Avropa torpaqlarına qayıdır. Bavariyalı istehsalçının ən çox satılan xüsusi versiyalarından biri olan Black Vermilion, BMW X5’in M50i versiyasında alına biləcək.

Bəs bu maraqlı dizaynı bu qədər xüsusi edən detallar nələrdir? Əlbəttə ki, ilk baxışdan belə tükləri ürpərdə bilən zəhmi və məkrli görünüşü. Qırmızı barmaqlığı və Frozen Black Metallic gövdə rəngi ilə möhtəşəm bir duruş nümayiş etdirən model, 22 düymlük boz rəngli təkər diskləri ilə profilindən də cəlbedici bir kontrast yaradıb.

Disklərin arxasındakı qırmızı əyləc qəlibləri isə, M Performance’dan gələn detallar arasındadır. M Sport Paketi, asqı və egzozlar avtomobilin standart avadanlıqlarına daxildir. BMW bu dəfə xüsusi versiya üçün tamamilə LED adaptiv fənər dəstindən istifadə edib.

Ətraflı: https://www.instagram.com/p/CRRwtnXLlLs/?utm_medium=copy_link