Get Mystery Box with random crypto!

Avropada C seqmentli hetçbek sinfinin ən köhnə üzvlərindən bir | Car Lifestyle Baku⚙️

Avropada C seqmentli hetçbek sinfinin ən köhnə üzvlərindən biri olan Opel Astra, nəhayət, böyük maraqla gözlənilən yeni nəslinə qədəm qoyub.
Tamamilə yeni bir dizayna qovuşan Astra, altıncı nəsli ilə birlikdə Volkswagen Golf, Ford Focus, Renault Megane, Skoda Octavia kimi avtomobillərlə rəqabət edəcək.
Önəmli rəqiblərdən biri də eynən Astra kimi EMP2 platformasından istifadə edən yeni Peugeot 308'dir. "Sevimli hetçbeklər" siyahımda hazırda ilk iki yeri bölüşən bu modellərdə hər nə qədər mexaniki və elektron hissələr müştərək olsa da, Opel və Peugeot dizaynerləri iki C hetçbekini görünüş olaraq bir-birindən fərqləndirmək mövzusunda çox yaxşı iş bacarıblar.
Yeni Astra əvəz etdiyi modeldən 4 mm daha uzundur və ölçüsünü 4.374 mm-ə çatdırıb. Genişlik də əhəmiyyətli dərəcədə artırılmışdır - 1.860 mm və ya +51 mm.

Ətraflı: https://www.instagram.com/p/CRTHxR8rzmW/?utm_medium=copy_link