Get Mystery Box with random crypto!

Dizayn baxımından Kia'nın ən çox bəyənilən modellərindən biri | Car Lifestyle Baku⚙️

Dizayn baxımından Kia'nın ən çox bəyənilən modellərindən biri olan Stinger, təəssüf ki, bu marağı satışlarında əks etdirə bilmədi. Yeni iddialara görə, bu vəziyyət onun sonunu gətirəcək. Markanın bir müddətdir yeni nəsil Stinger açıqlaması verməməsi, hətta modelin adını belə çəkməməsi ortaya bir sıra söz-söhbətlərin çıxmasına səbəb olub. Hətta bu dəfəki iddialarda tarixdə deyilib.

Korean Car Blog’un iddialarına görə, Stinger 2022’ci ilin yaz aylarında aramızdan ayrılacaq. Cənubi Koreyada markanın istehsal planını araşdıran bloq üzvləri, Stinger’in istehsal olunduğu Gwangmyeong müəssisəsində yeniləmə prosesinin getdiyini müşahidə ediblər. Zavod artıq tamamilə elektrikli avtomobillərin istehsalı üçün hazırlanacaq. Bu da Stinger’lə təxminən bu işlətin tamamlanacağı vaxt ərəfəsində vidalaşa biləcəyimiz anlamına gəlir.

Kia’dan məsələ ilə bağlı rəsmi bir açıqlama olmadığı üçün bu söylədiklərimiz hələlik sadəcə bir iddiadır.

Ətraflı: https://www.instagram.com/p/CRdZ8DYLzlJ/?utm_medium=copy_link