Get Mystery Box with random crypto!

Avtomobilin kapotunun altında, digər N modellərindən tanıdığım | Car Lifestyle Baku⚙️

Avtomobilin kapotunun altında, digər N modellərindən tanıdığımız 2,0 litrlik turbolu və 4 silindrli mühərrik var. Elantra N’də bu mühərrik 280 ag gücü və 392 Nm fırlanma anı hasil edə bilir. İstehsalçı modeli iki ötürmələr qutusunu ilə təklif edir. Altı pilləli mexaniki transmissiya, aşağı pilləyə keçərkən, dirsəkli valın dövrələrini avtomatik olaraq artıraraq dartınmaların qarşısını alan sistem ilə təchiz edilir. Bu elektron əlavəni sükan üzərindəki iri RPM düyməsi ilə aktivləşdirmək olar.
Səkkiz pilləli N DCT "robotu" sükanaltı dəstəklərə və üç iş rejiminə malikdir: standart N Power Shift, trek üçün N Track Sense Shift və ən ekstremal N Grin Shift. Sonuncu rejim sükan üzərindəki qırmızı NGS düyməsi ilə 20 saniyədən çox olmamaq şərti ilə aktivləşdirilir və ötürmələri təxirəsalmadan və maksimal dərəcədə cəld dəyişdirməyə imkan verir. Bu zaman mühərrikin gücü də 290 at gücünə qədər artır.

Ətraflı: https://www.instagram.com/p/CRVrsGArfGG/?utm_medium=copy_link