Get Mystery Box with random crypto!

Toyota iyun ayında təqdim olunan Land Cruiser 300 modelinə Yap | Car Lifestyle Baku⚙️

Toyota iyun ayında təqdim olunan Land Cruiser 300 modelinə Yaponiyada rekord sifariş alıb. Belə ki, yeni nəsil modelə öz ölkəsində 22 mindən çox tələb gəlib. Creative311 nəşrinin verdiyi məlumata görə, bununla əlaqədar olaraq Toyota yeni modelin üçüncü şəxslərə satılmasını qadağan edib. Bu qərarın isə iki səbəbi var:
1. Ofrouderlər “yanlış əllərə” düşə bilər ki, bu da şirkətin imicini korlaya bilər.
2. Alverçilərdən qorunmaq.

Toyota’dan rəsmi açıqlama alan Mag-X nəşrinin bildirdiyinə görə, yaponiyalı müştərilər avtomobili müəyyən müddət ərzində satmayacaqları barədə öhdəlik imzalamalı olacaqlar. Müştəri müqaviləni pozarsa, istehsalçı gələcəkdə onunla iş görməkdən imtina edəcək.

Ətraflı: https://www.instagram.com/p/CSBer9PM-5e/?utm_medium=copy_link