Get Mystery Box with random crypto!

Ötən ay AVTOVAZ, baza modeli ilə müqayisədə 321.000 rubl daha | Car Lifestyle Baku⚙️

Ötən ay AVTOVAZ, baza modeli ilə müqayisədə 321.000 rubl daha baha olan yenilənmiş Lada Niva Bronto modeli üçün sifariş qəbuluna başladı.

"Ekstremal" versiya, kondisioner, daha rahat oturacaqlar, ERA-GLONASS sistemi və təkmilləşdirilmiş səs-küy və vibrasiya izolyasiyası paketi daxil olmaqla modernləşdirilmiş bir interyer əldə edib. Maraqlıdır ki, standart Niva Legend də, 2020-ci ilin əvvəlində oxşar bir dəyişikliklərə qovuşmuşdu.

Yenilənmiş avtomobildə orijinal plastik bamperlər, fərqli radiator barmaqlığı, tağ uzantıları, əlavə eşik qorunması, 15 düymlük qara disklər və yolsuzluq təkərləri, həmçinin dam relsləri var. Bundan əlavə, avtomobil gücləndirilmiş arxa ox və asqı, ön və arxa diferensialları kilidləyən tam ötürücü sistemi ilə təchiz olunmuşdur.

Ətraflı: https://www.instagram.com/p/CSOVOreMyHf/?utm_medium=copy_link