Get Mystery Box with random crypto!

Avtomobil tarixinin ən seçilən komandalarından olan McLaren Sp | Car Lifestyle Baku⚙️

Avtomobil tarixinin ən seçilən komandalarından olan McLaren Special Operations, bu dəfə bir Speedtail'ı xüsusiləşdirərək ona Albert adını veriblər. Model @McLaren’in Beverly Hills ofisi tərəfindən satılacaq.

Albert'in üzərində Magnesium Silver və Ueno Grey rənglərini görürük. Bu maraqlı rəng seçimi, 2018’ci ildə görüntülənən Speedtail modellərinin kamuflyajlarına bir işarədir. MSO komandasının bu rəngi tətbiq etməsi 12 həftəyə başa gəlib.

Bu müddətin iki həftəsi sadəcə iki nəfərlik bir komandanın gövdəni maskalamasına sərf edilib. Bu proses üçün isə ümumilikdə iki kilometrlik kağız lentlər istifadə edilib. Standart gövdə boyasını tətbiq etmək 6 həftə, qurumasını gözləmək isə tam dörd həftə çəkib.

Ətraflı: https://www.instagram.com/p/CSSJmCmMckZ/?utm_medium=copy_link