Get Mystery Box with random crypto!

Dünyanın ən çox geri çağırılan avtomobili olaraq tarixə düşməy | Car Lifestyle Baku⚙️

Dünyanın ən çox geri çağırılan avtomobili olaraq tarixə düşməyə hazırlaşan Toyota Supra, BMW tərəfindən geri çağrılmağa başlayıb. (Bu məsələni sonda aydınlaşdıracağıq) Milli Yol Təhlükəsizliyi İdarəsinin (NHTSA) verdiyi açıqlamaya görə, bu dəfə problem əyləc asistentlərindən qaynaqlanır.

Geri çağırmanın ümumilikdə 50.024 avtomobilə şamil ediləcəyi bildirilib. Bu prosesə 13.014 Toyota Supra, 10.877 BMW M340i və M340i xDrives, 4.130 ədəd X4 M40i, 470 ədəd 745Le xDrive və 14.006 ədəd X3 M40i modellərinin daxil olduğu təsdiqləndib. Yuxarıda göstərilən modellərin hamısı 2019-2021’ci illər arasında istehsal edilib.
NHTSA’nın rəsmi məlumatlarına görə, problem mühərriklərin proqram təminatından qaynaqlanır. Bu proqram zamanla əyləc üçün vakkum təmin edən nasosun zədələnməsinə səbəb olur. Xüsusilə, mühərriki işə salan zaman zədələnə bilən bu nasos, bir nöqtədən sonra əyləc proqramına da təsir edir.

Ətraflı: https://www.instagram.com/p/CSlfTtVs1mN/?utm_medium=copy_link