Get Mystery Box with random crypto!

İllərdir avtomobil sevərlərin divarlarını, wallpaper’lərini bə | Car Lifestyle Baku⚙️

İllərdir avtomobil sevərlərin divarlarını, wallpaper’lərini bəzəyən Countach, nəhayət 30 ildən sonra səhnəyə qayıdır. Modelin qəlbində ikonik Lamborghini V12’si var. 6,5 litrlik mühərrik 35 at gücü hasil edə bilən elektrik mühərriki ilə birləşdirilmişdir. Sözügedən güc qurğusu, Sian'da da yer alan 48 voltluq superkondansator texnologiyasından istifadə edir. Hər iki mühərrik ümumilikdə 814 at gücü hasil edəcək. Bu da, yeni Countach’a 0-100 km/saat sürətlənməni 2.8 saniyədə tamamlamağa kömək edir. Beləliklə, yeni model ən sürətli Countach olacaq.

Ətraflı: https://www.instagram.com/p/CSoEQHvszkB/?utm_medium=copy_link