Get Mystery Box with random crypto!

Təchizat problemi, avtomobil markaların işini çətinləşdirməyə | Car Lifestyle Baku⚙️

Təchizat problemi, avtomobil markaların işini çətinləşdirməyə davam edir. Bu dəfə MercedesBenz, AMG GT R modelini ləğv edəcək kimi görünür. Lakin, bsw1234 adlı Reddit istifadəçisinə görə, bu siyahı daha uzun olacaq.

Onun yazdığına görə, AMG seriyası da daxil olmaqla V8 mühərrikli bütün 2022 Mercedes modellərinin heç biri ABŞ’da satılmayacaq. Qlobal təchizat zəncirindəki problemlərdən qaynaqlanan məsələ bununla məhdudlaşmır. Sözügedən modellər arasında AMG və G seriyasından olan 9 modelə də var. Məxfilik səbəbindən üzə çıxarılmayan sənəddə bu vəziyyətdən yalnız S580 və S580 Maybach’ın təsirlənmədiyi bildirilir.
Mövzuyla əlaqədar sənəddəki bir mətndə bunlar yazılıb:
"MBAG, tədarük zəncirindəki çətinliklər səbəbiylə ABŞ bazarında məhsul çeşidində dəyişiklik edib. Bununla birlikdə, müxtəlif qlobal, daxili və xarici tələblərə və bir çox digər amillərə riayət edilməsi prioritet hesab edilib."
Qeyd edək ki, iddia edilən vəziyyət sadəcə bir şaiyədir. MercedesBenz’dən rəsmi bir açıqlama gələnə qədər də elə qalacaq.