Get Mystery Box with random crypto!

Bir neçə dəfə markaların maraqlı ortaqlıqları barədə paylaşıml | Car Lifestyle Baku⚙️

Bir neçə dəfə markaların maraqlı ortaqlıqları barədə paylaşımlarımız olub. Demək olar ki, platforma qardaşlığı mövzusuna da çoxumuz bələdik. Volkswagen Polo, SEAT Ibiza, Audi A1 və yeni təqdim olunan Skoda Fabia, Peugeot 208-Opel Corsa, Renault Captur-Nissan Juke kimi ortaqlıqlar normaldır, çünki burada eyni seqmentdə yer alan iki avtomobildən danışırıq.
Lakin, bu gün nəzərdən keçirəcəyimiz 10 cüt avtomobildə, cütlüklər eyni markanın damı altında olsa belə, bir-birindən çox fərqli kateqoriyalardadır. Belə ki, bir tərəfdə idman sedanı dursa da, qarşısında kompakt SUV görə bilərik. Başqa bir nümunə, kiçik bir B hatch’ə aid platforma eyni zamanda bir mikroavtobusun da infrastrukturunu təşkil edir.
Əlbəttə ki, bunda markaların xərcləri azaltmaq üçün bir-biri ilə əməkdaşlıq etməsinin payı böyükdür. Yəni, eyni platformadan nə qədər çox fərqli avtomobil istehsal edə bilsəniz, mənfəət marjınız da o qədər yüksək olar.

Ətraflı: https://www.instagram.com/p/CSr4yD5MBSt/?utm_medium=copy_link