Get Mystery Box with random crypto!

Standart olaraq AWD sürüşü ilə gələn avtomobil yerdən yüksək q | Car Lifestyle Baku⚙️

Standart olaraq AWD sürüşü ilə gələn avtomobil yerdən yüksək quruluşu ilə, krossoverlərdən bezmiş istifadəçilərə xitab edəcək.

Model, standart C-Class Estate modelindən 40 millimetr daha yüksəkdir. Ön asqı sistemində dəyişiklik edən Mercedes bu sistemi əvvəlkindən daha güclü edib. Offroad rejimində yolsuzluq yönümlü olan avtomobil, Offroad+ rejimində isə avtomatik olaraq yoxuş idarəetmə sistemini işə salır. Beləliklə, yüksək yamaclardan enərkən yaşaya biləcəyiniz problemlər minimuma enir.

Avtomobili ilə yolsuzluq şəraitində kəşfə getmək istəyənlər üçün Mercedes, üç ədəd güclü LED’dən ibarət olan Digital Light System adlı texnologiyasını seçimlər siyahısına əlavə edəcək. İstifadəçi hər hansı bir offroad rejimini qoşduqda bu sistem avtomatik olaraq aktivləşəcək və yalnız 50 km/saat sürətə qədər işləyəcək.

Ətraflı: https://www.instagram.com/p/CSyXw2ws7Iu/?utm_medium=copy_link