Get Mystery Box with random crypto!

Türkiyə'nin ən bahalı TOFAŞ’ı Bursa şəhərində satılıb. Sosial | Car Lifestyle Baku⚙️

Türkiyə'nin ən bahalı TOFAŞ’ı Bursa şəhərində satılıb. Sosial media fenomeni, həmçinin tır sürücüsü olan Tanju Akdoğan'ın tərəfindən il yarıma hazırlanan Doğan SLX markalı xüsusi avtomobil, Bursa'da yaşayan iş adamı Yusuf Yamanlar tərəfindən 180 min lirəyə satın alınaraq tarixə keçib. 560 at gücünə çata bilən avtomobilin iç dizaynı və orijinal eksteryeri diqqətləri üzərinə çəkir.

Qeyd edək ki, Türkiyə'nin ən çox üstünlük verilən avtomobillərindın biri olan TOFAŞ'ın Doğan SLX markalı modeli, bir vaxtlar Türkiyə'dəki avtomobil bazarına öz möhürünü vurub.

1993’cü il istehsalı olan avtomobil gün işığının verdiyi zərərlərdən dolayı yenidən rənglənsə də, interyerində kiçik bir çat belə yoxdur. 4.0 litrlik turbo mühərrikli avtomobil BMW m3 transmissiyası ilə təchiz edilib. Sükanı, eləcə də isitməli və elektrikli tənzimlənən oturacaqları Mercedes’dən alınan unikal Tofaş’ın tavanı və qapı döşəmələri isə BMW F30’a aiddir.