Get Mystery Box with random crypto!

Bu uzun addakı 'E' hərfi AMG ailəsinin ilk hibrid modelini təm | Car Lifestyle Baku⚙️

Bu uzun addakı "E" hərfi AMG ailəsinin ilk hibrid modelini təmsil edir.

Bəs elektrikli AMG nə vəd edir? Əslində bu sualın cavabı olduqca sadədir: Güc! 4.0 litrlik biturbo V8 mühərriki 6.1 kVt / saatlıq batareya ilə birləşdirən istehsalçı, avtomobilin gücünü 842 at gücünə çatdırmağa nail olub. 1400 Nm fırlanma anı hasil edə bilən bu canavar artıq Mercedes-AMG’nin ən güclü modeli hesab edilir.
Affalterbach mühəndisləri Mercedes-AMG’nin İngiltərədəki Formula 1 komandasından da hər mövzuda kömək alıb. Avtomobildə diqqəti ən çox diqqəti cəlb edən detal ultra yüngül batareya paketidir. Özü ilə cəmi 89 kq’lıq əlavə ağırlıq gətirən bu dizayn tək başına 205 at gücü təmin edə bilir. Batareyanın qənaət etmək əvəzinə gücə yönəlməsi isə bu spesifik modelin yalnız elektriklə 12 km məsafə təmin etməsinə səbəb olub.

Ətraflı: https://www.instagram.com/p/CTT5x7LMfj6/?utm_medium=copy_link