Get Mystery Box with random crypto!

Yeni nəsil Lexus LX modelinin istehsalının təxirə salındığı bi | Car Lifestyle Baku⚙️

Yeni nəsil Lexus LX modelinin istehsalının təxirə salındığı bildirilir. İddiaya görə, Cənub-Şərqi Asiya’dan gəlməsi gözlənilən miktoçiplər heç cür markaya gedib çıxa bilmir. Creative Trend, bu çatdırılmanın vaxtında həyata keçirilmədiyini iddia edir.

Bəzi mənbələrdən gələn məlumata görə, bu vəziyyət artıq istehsala indidən təsirini göstərib. Qeyd edək ki, yeni nəsil LX modelinin əvvəlcə bu il təqdim ediləcəyi, 2022’ci ildə isə satışa çıxarılacağı planlaşdırılırdı. Bu hissələrin əskikliyinin yaradacağı gecikmənin təfərrüatları isə hələlik məlum deyil.
Xatırladaq ki, Toyota bir neçə həftə əvvəl ən böyük fabriklərində istehsalı dayandırmalı olmuşdu. Land Cruiser’in istehsal xəttində yaşanan bu böhranın LX’ə də təsir edəcəyi olduqca təbii görünür, çünki bu iki model bir-birinə çox bənzəyir. Başqa sözlə, birinin istehsalının təsirlənməsi, digərində də özünü göstərir.

Ətraflı: https://www.instagram.com/p/CTWaaX6MjL3/?utm_medium=copy_link