Get Mystery Box with random crypto!

Təxminən 40 il əvvəl Mercedes-Benz, hava yastığını öz avtomobi | Car Lifestyle Baku⚙️

Təxminən 40 il əvvəl Mercedes-Benz, hava yastığını öz avtomobillərində tətbiq etməyə başladı. W126 nəsli S Seriya sedan ilə həyatımıza girən bu konsept, o dövrlərdə Mercedes üçün çox böyük anlam ifadə edirdi. Bu önəmli müvəffəqiyyəti qeyd etmək istəyən alman istehsalçı, olduqca qəribə və maraqlı bir layihəyə imza atıb.

Bu layihə üçün dizayner Heron Preston ilə əl sıxışan Mercedes, hava yastığından (təhlükəsizlik yastığı) hazırlanmış geyim kolleksiyasını təqdim edib. Hava yastıqlarına fərqli bir baxış bucağı gətirmək istəyən Preston, Mercedes'in də yardımı ilə bu kolleksiyanı hazırladı. İstifadə edilmiş hava yastıqlarından hazırlanan paltarlar, maraqlı rəng ahənginə sahibdir.

Ətraflı: https://www.instagram.com/p/CTXoiEGsgbQ/?utm_medium=copy_link