Get Mystery Box with random crypto!

Bu dəfə rusiyalı istehsalçı mikroçip böhranın qarşısında gücsü | Car Lifestyle Baku⚙️

Bu dəfə rusiyalı istehsalçı mikroçip böhranın qarşısında gücsüz qalıb. Belə ki, AVTOVAZ artıq Largus və X-RAY istehsal edə bilmir.

Ən azı bir həftə daha bu problem səbəbindən istehsal baş tutmayacaq. Problemdən Largus və X-RAY modelləri ilə yanaşı eyni bazanı bölüşən Renault Logan və Sandero modelləri də təsirlənib.

Tolyatti zavodu, qonşu Samara şəhərində yerləşən Bosch fabrikindən təmin edilən mikroçip çatışmazlığı səbəbindən bağlanıb. Bu zavod, tədarük zənciri ilə Almaniya'daki bir şirkətə, bu şirkət isə Malaziyada ABS sensorlarının hazırlandığı fabriklərdən və bu sensorlar üçün Tayvan’da mikro çiplərin istehsal edildiyi fabriklərdən asılıdır. Beləliklə, tayvanlı mikro çiplərin olmaması, Rusiya'da dörd modelin istehsalını tamamilə iflic edib.