Get Mystery Box with random crypto!

Mercedes-Benz S-Seriyası'nın elektriklisi olaraq dəyərləndiril | Car Lifestyle Baku⚙️

Mercedes-Benz S-Seriyası'nın elektriklisi olaraq dəyərləndirilən EQS modeli, bu ilin yaz aylarında rəsmi olaraq təqdim edilmişdi. İndi isə bu mükəmməl avtomobilin yüksək performanslı AMG versiyası Münhen Avto sərgisində təqdim edilib. Bu avtomobil, həm də AMG emblemli ilk tamamilə elektrikli modeldir.

AMG toxunuşları ilə model 762 at gücü və 554 Nm fırlanma anına yiyələnib. Təbii ki, bu göstəricilər sadəcə "Race Start" rejimində Boost funksiyası sayəsində əldə edilir. Avtomobilin bu göstəricilərlə 0-100 km/s sürətlənməni 3.5 saniyə civarında tamamlayacağı bildirilir. "Race Start" rejimi qapalı olduğu halda isə avtomobil 657 at gücü və 516 Nm fırlanma anı təqdim edir. Maksimum sürət göstəricisi isə 250 km/s ilə limitləndirilib.

Ətraflı: https://www.instagram.com/p/CTgxOL_MhTJ/?utm_medium=copy_link