Get Mystery Box with random crypto!

AvtoVAZ nəhayət göz bəbəyi olan Niva Legend modelini yeni mühə | Car Lifestyle Baku⚙️

AvtoVAZ nəhayət göz bəbəyi olan Niva Legend modelini yeni mühərriklə şərəfləndirməyə qərar verib. Yeni mühərrik deyəndəki... Toyliatti'dəki "Super-Auto" avtomobil zavodunun konstruktorları, LADA Niva Legend modelinin, Vesta və X-Ray’in 1,8 litrlik 122 at gücündə mühərriki ilə təchiz edilən yenilənmiş versiyasını təqdim ediblər. Şirkətin baş mühəndisi Mixail Ledyaev verdiyi müsahibədə bildirib ki, bu ilin sonuna qədər sözügedən modeldən təxminən 300’ünün montaj xəttindən çıxması planlaşdırılır.
Bütün istehsal olunan avtomobillər fərdi sertifikasiyadan keçəcək. Bununla birlikdə #Niva’nın texniki təchizatında yenə də 5 pilləli mexaniki transmissiya, tam ötürücülü sistem və s əlavələr olacaq.
Şirkətin mütəxəssislərinin, mühərrik yağı istehlakının artması ilə əlaqədar problemləri aradan qaldırdığı və bundan sonra Niva Legend sahiblərinin belə bir problemlə üzləşməyəcəkləri bildirilib.

Ətraflı: https://www.instagram.com/p/CTkgWPCsK11/?utm_medium=copy_link