Get Mystery Box with random crypto!

Avropanın sevimli kompakt avtomobili Megane tarixində ilk dəfə | Car Lifestyle Baku⚙️

Avropanın sevimli kompakt avtomobili Megane tarixində ilk dəfə olaraq krossoverə çevrilib.
Beləliklə, tanış olun Megane E-Tech Electric. Bildiyiniz və tanıdığınız Megane’dan olduqca uzaq olan yeni model, Renault-Nissan-Mitsubishi tərəfdaşlığının simvolu halına gələn CMF-EV platformasından istifadə edir.
20 düymlük təkərləri olan modelin hündürlüyü 1,5 metr ilə məhdudlaşır. Renault’nun yeni loqosunu taxan ilk istehsal modeli olan elektrikli Megane’ın eksteryeri qədər interyerində də ciddi dəyişikliklər var. Trezor, Symbioz və Morphoz modellərindəki nəhəng və tam rəqəmsal dizayna Renault OpenR adını verib. Sistem 12,3” göstərici panelindən və 12“ multimedia ekranından ibarətdir.

Ətraflı: https://www.instagram.com/p/CTxRQARrEGO/?utm_medium=copy_link