Get Mystery Box with random crypto!

Bir müddət əvvəl, Mercedes-Benz, G Seriyasının 2022-ci model i | Car Lifestyle Baku⚙️

Bir müddət əvvəl, Mercedes-Benz, G Seriyasının 2022-ci model ilini fabrikdən daha çox yolsuzluq qurğuları olan "Professional Line" dəsti ilə təqdim etdi. Bununla kifayətlənməyənlər üçün isə, almaniyalı G&B Design-in yeni və olduqca ekzotik bir təklifi var. Çox qeyri-adi gövdə və rəngə sahib bir G-Class olan G-Boss.

Bütün W463 nəsil modellərində mövcud olan yükseltme dəstini burada da görürük. Kəskin ön spoyleri ilə daha aqressiv bir kapot əldə edən avtomobildə dəyişdirilmiş radiator barmaqlığı və qaralmış farlar da var. Ön bamperin alt tərəfləri, uzanan yan ətəklərlə birləşərək avtomobilə fərqli bir görünüş qazandırıb. Bu xətt həmçinin yeni arxa difuzerə qədər davam edir. Ehtiyat təkər qapağı və güzgü qapaqları isə yüksək keyfiyyətli karbonla örtülmüşdür.

Ətraflı: https://www.instagram.com/p/CTysTG3MBon/?utm_medium=copy_link