Get Mystery Box with random crypto!

BMW i3, markanın ilk elektrikli avtomobili olaraq qəbul edilsə | Car Lifestyle Baku⚙️

BMW i3, markanın ilk elektrikli avtomobili olaraq qəbul edilsə də, əslində elə deyil. Çünki, ilk elektrikli BMW, hələ 1969'cu ildə 1602 Electric modeli ilə ortaya çıxmışdı.

BMW, bu avtomobili 1972’ci ildə Münhen’də keçirilən Olimpiya Oyunlarında rəsmi olaraq nümayiş etdirmişdi. Avtomobilin sürəti yarışın qaçışçılarından daha zəif idi deyə bilərik. 1602 Electric, 0-50 km/saat (31 mph) sürətə 8 saniyədə çatırdı və 100 km/saat (62 mph) maksimal sürətə malik idi. 50 km/saat sabit sürətlə sürülərsə, 30 km (19 mil) məsafə qət edə bilirdi. Qəribədir ki, 70'ci illərdə BMW 1602 Electric rejenerativ əyləc sisteminə belə sahib idi.